Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Əmizdirmə və ana südü

Körpənin bədən və ruh sağlamlığı üçün ən uyğun və faydalı qida - ana südüdür. Əmizdirmənin doğuşdan sonra ilk yarım saat ərzində başladılması və sonra tez-tez əmizdirmə süd istehsalını artırır. Körpə nə qədər çox əmsə, anada o qədər çox süd istehsal edilir. Bədən maye itirdiyi üçün bol maye almaq lazımdır. Ana südü ilə qidalanan körpənin D vitamini istisna olmaqla heç bir əlavə qidaya ehtiyacı yoxdur. Hər ananın körpəsinə çatacaq qədər südü vardır. Körpəyə əlavə maye ya da qida verilməsi, ananın süd istehsalını azaldır. Əmizdirmə körpənin psixoloji inkişafına müsbət təsir edir və ananın bədəninin doğum əvvəli vəziyyətə dönməsini sürətləndirir.
ƏMİZDİRMƏNİN QAYDALARI.
- Əmizdirməyə başlamadan əvvəl əllər və süd vəzilər yuyulmalıdır.
- Təsadüfi bir mövqe alınır (yan uzanaraq və ya oturaraq) və körpə qucaqlanır.
- Körpənin üzü və bədəni anaya paralel və yaxın şəkildə tutulur.
- Körpə hansı döşü eməcəksə, başı o tərəfdəki qol üzərinə yerləşdirilir.
- Süd vəzinin giləsi dörd barmaq vasitəsi ilə tutulur.
- Süd vəzidən gələn ilk süd silinir.
- Süd vəzinin giləsi və ətrafındakı qəhvəyi qisimin hamısı körpənin ağzına yerləşdirilir və böyüq barmaq ilə körpənin burun dəliklərinin açıq qalması təmin edilir.
Körpə, hər istədiyində emizdirilməlidir. Əmizdirmə tamamlandığında, qazları çıxsın deyə körpəni uyğun vəziyətlərdə tutmaq lazımdır. Əmizdirmədə hər iki süd vəzi istifadə edilməlidir. Əmizdirmə tezliyi, körpənin istəyinə buraxılmalıdır. Körpə hər ağladığında, altı quru və qazı yoxsa emzirilə bilər. İlk həftələrdə mədəsi kiçik olduğu üçün körpə tez-tez aca bilər. Əmizdirmə müddətində qadının alt paltarı yumşaq pambıqlı olmalıdır və sızan süd üçün pambıqlı, təmiz, ütülənmiş tənzif bezləri istifadə olunmalıdır.
Süd vəzilər ilk günlərdə ananı narahat edəcək şəkildə ağrılı, dolğun və şiş ola bilər. Bu şikayətlər körpənin süd vəziyə doğru yerləşdirilməsi və tez əmizdirilməsi ilə aradan qaldırıla bilər. Döş çatlağı üçün əmizdirmədən əvvəl və sonra döş ucunu ana südü ilə təmizləmək kifayətdir.
Sağlam bir ananın gündə təxmini 700-800 ml süd ifraz etdiyinə görə əmizdirmə dövründə gündəlik əlavə 750 kaloriyə ehtiyacı var. Bu məbləğdən 500 kalorisi qida məhsullardan təmin edilərkən, 250 kalorisi hamiləlikdə depolanmış yağlardan qarşılanır. Bu da əmizdirmə zamanı aldığınız çox kiloların, enerjiyə daha sürətli çevrilməsi səbəbindən saxlanılan yağların əriməsinə kömək edir.
Ana südünü artırmaq üçün tövsiyələr:
1- Sürətli kilo vermək üçün pəhriz və dərmanlar qadağandır.
2- Ana südünü artıran ən əhəmiyyətli qida - sudur. Gündə ən az 2-2.5 litr su içmək lazımdır, çünki südün əhəmiyyətli bir qismi sudan ibarətdir.
3- Kalsiumla zəngin olan süd, qatıq, ayran və pendir nizamlı olaraq istehlak etmək lazımdır.
4- A vitamini ilə zəngin kök, yaşıl yarpaqlı tərəvəzlər, ərik kimi məhsulları və ümumiyyətlə vitaminlərin zəngin bir qaynağı olan təzə tərəvəz və meyvələri, hər gün nizamlı olaraq istehlak etmək lazımdır.
5- Yediyiniz yeməklərin qida dəyərini qorumaq və xüsusilə anemiyanın (qan azlığını) qarşısını almaq baxımından, yemək ile birlikdə çay içmək olmaz.

Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərmin Əskərova
Əmizdirmə və ana südü
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
buyreplica 30 may 2016 10:48
Loads of Rolex Replicas will be decide to put on sale, which may connect with a person's several demands. Show that could be very difficult to Replica Rolex GMT Watchesis definitely that a font to the Daydate on the top bar is definitely bolder versus the a person to the primary Rolex Reproductions of vintage designs look at. This is certainly unquestionably real for someReplica Rolex Watches Reproductions of vintage designs. You will enjoy serious set in lieu of imitation set. You will enjoy precisely the same stitches. The fact is, quite a fewReplica Rolex Yachtmaster Watches and handbags Fake brands outdo goals plus manufacture solutions that happen to be marginally as good as theReplica Rolex Submariner Watches.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: