Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Əxlaqi risk - kreditləri götürəndə nəyə arxayın oluruq?

Azərbaycanda ailə bağlarının kifayət qədər möhkəm olması insanların özlərini iqtisadi cəhətdən güvəndə hiss etməsinə səbəb olur. Belə ki, çox vaxt hər hansı böhran zamanı işini itirmiş bir fərd borclarını ödəmək və gündəlik xərclərini qarşılamaq üçün ilk növbədə ailəsinə sığınır.
Çox az istisnaları çıxmaq şərtiylə ailə də öz növbəsində fərdin borclarını və digər öhdəliklərini öz üzərinə götürür. Yüksək iqtisadi rifaha malik ABŞ-da orta statistik bir amerikalı işini itirərsə və əlavə gəliri olmazsa, çətinliklərlə üzləşəcəkdir. Bu kimi hallarda adətən fərdin ailəsinin bundan xəbəri olmur. Necə ki, Rusiyada işləyən bəzi həmvətənlilərimizin işlərini itirdikdə, uzun müddət işsiz qaldıqda və sığınacaq bir ailələri olmadıqda səfil həyatı sürdükləri heç də sirr deyildir.
Azərbaycanda isə bu proses tamamilə fərqlidir. İşini itirmiş, gəlir qaynağından məhrum olmuş fərdə ilk növbədə öz ailəsi, olmazsa yaxınları, qohumları kömək olacaqdır. Fərdə ailəsinin sahib çıxması sosial və iqtisadi baxımdan yaxşı haldır, müsbət qiymətləndirilməlidir. Amma bunun müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də vardır. Mənfi tərəfi əxlaqi riskdir. Fərd fikirləşir ki, risk alan mənəm, ancaq bir başqası (ailəsi) mənim məsuliyyətimi öz üzərinə götürəcəkdir. Əgər səhv edərəmsə, işlər yolunda getməzsə, mənim məsuliyyətimi bölüşəcək, bəlkə də tamamiylə öz üzərinə götürəcək biri tapılacaqdır. Beləliklə, fərd öz gəlirlərini maksimum həddə çatdırmaq üçün risk edərək kifayət qədər borclanır.
İlk olaraq ailəsi borcların geri ödənilməsini həyata keçirməyə çalışır. Ailəsinin də maddi gücü çatmayınca ailəsi ödənişdən imtina etməli olur. Bu da fərdin kredit tarixçəsinin korlanmasına, müştərinin bank qarşısında öz etibarını itirməsinə gətirib çıxarır. Bəlkə də fərdin gələcəkdə kreditə əvvəlkindən daha çox ehtiyacı olacaq, az xərclə daha çox gəlir əldə etmək kimi işlər qarşısına çıxacaq, ancaq o zaman artıq gec olacaq. Bank tarixçəsi korlanmış, banka problem yaratmış həmin fərd istənilən bankdan, sözsüz ki, “yox” cavabını alacaqdır. Bu proses nəticəsində itirən təkcə fərdlər və banklar olmur. Bütövlükdə ölkə iqtisadiyyatı itirmiş olur.
Son vaxtlar bəzi KİV-də sadəcə insanların diqqətini çəkmək, daha çox oxunmaq, daha çox baxılmaq üçün əsassız şayiələr yayırlar. Kredit borclarının dövlət tərəfindən bağışlanacağı şayiəsi bu şayiələrdən biridir və az da olsa buna inanan adamlar vardır. Bütün bunlar ölkəmizin iqtisadiyyatına ağır zərbə vurmaqla yanaşı, həm də ciddi sosial partlayışa səbəb ola bilər. Hazırkı mərhələdə problemli kreditlər bank sektoru, dolayısı ilə ölkə iqtisadiyyatı üçün ciddi problemlər hazırlayır. Problemli kreditlər bank sistemində böhrana yol açır, bank sistemindəki böhran isə ölkədə iqtisadi böhrana səbəb olur.
Əxlaqi risk borc alanların aldığı borcu borc verənlər baxımından uyğun olmayan və dolayısıyla geri ödəmə imkanının az olduğu fəaliyyətdə istifadə etməsi vaxtı ortaya çıxır.
Əxlaqi risk vəziyyətində banklar daha çox risk etməyərək, az sayda, güvənilən müştəriyə kredit verməyi üstün tuturlar. Bunu tətbiq edən bankların kredit verilişləri azalır və sonda həmin bakların yerini digər banklar almağa, tutmağa çalışır. Hər bir sahədə olduğu kimi bank sektorunda da kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməlidir. Banklar birmənalı şəkildə geri dönməsi, geri ödənilməsi şübhə altında olan sahələrə, müştərilərə kredit verməməlidirlər.

Müəllif: VF "Azerkredit" BOKT - un kredit mütəxəssisi İsmayıl Qulusoy

Əxlaqi risk - kreditləri götürəndə nəyə arxayın oluruq?
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
Questo orologio è molto elegante in termini di design e funzionalità.repliche orologi La qualità è relativamente perfetta. Questa è la mia prima volta a comprare un orologio replica.repliche cartier ballon bleu orologi Questo orologio è fantastico e mi ha sorpreso. Elogio a cinque stelle
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: