Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Tuile

Tuile (tvil kimi oxunur) yüngül fransız üsulu xırt-xırt qurabiyədir və müxtəlif formada, boyda və dadda ola bilər. Bu qurabiyələr istədiyiniz içliklə doldurula bilər – məsəl üçün, bişmiş krem, muss, hətta dondurma belə. Tuile fransızca “kirəmit” deməkdir ” və orijinal qurabiyənin forması Fransadakı dam kirəmitlərinə bənzədiyinə görə ona bu ad verilib. Ənənəvi tuile əvvəlcə sobada bişirilir, sonra isə isti-isti mərdanənin üstünə sərilir ki, bir qədər qatlansın. Soyuduğunda tuile bir az bərkiyir. Bu qurabiyələrə istədiyiniz şəkil verə bilərsiniz.
Reseptəki ölçülərə əsasən -5 ədəd böyük tuile hazırlanacaq.
Xəmirin hazırlanması 10 dəqiqə, soyuducuda saxlanması 30 dəqiqə, bişirilmə müddəti – hər pay üçün 5-10 dəqiqə vaxt aparır.

Lazım olan ərzaqlar:
65 qram yumşaldımış yağ (ərinmiş yox,məhz yumşaldılmış halda)
60 qram ələnmiş şəkər kirşanı (pudrası)
1 paket vanil tozu (yaxud bir qədər vanil ekstraktı ilə əvəz oluna bilər)
2 böyük yumurtanın ağı (yüngülcə çəngəllə çalınmış şəkildə)
65 qram ələnmiş ağ un
Yağ – bişiriləcək listin üzərinə çəkmək üçün.
1.Yumşaldılmış yağ,şəkər tozu və vanil birlikdə əl yaxud mikserlə (aşağı sürətdə) bir qabda qarışdırılır, yumşaq xəmir halına salınır. Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur. Daha sonra qatışığın üzərinə hissə-hissə un tökülür və yumşaq xəmir alınanadək qarışdırılır. Diqqət yetirmək lazımdır ki, xəmir həddən çox qarışdırılmasın!

Tuile

2. Xəmir olan qabın üstü selofanla örtülür,ən azı yarım saat soyuducuda saxlanır.( Bu xəmir soyuducuda bir həftəyədək saxlana bilər. İstifadə etməzdən 30 dəqiqə əvvəl xəmir soyuducudan çıxarılmalıdır.)
3. Bişiriləcək listin üzərinə perqament kağızı yerləşdirilir yaxud da listin üzəri yağlanır və heç olmasa 15 dəqiqə soyuducuda saxlanır. Xəmiri qaşıqla götürüb dairə formasında yayın. Hər dəfə listə 2-3 xəmiri yeləşdirib bişirmək lazımdır.

Tuile

4. Tuile öncədən 180 dərəcə tempraturda qızdırılmış sobada, xəmirin kənarları qızılı qəhvəyi rəng alanadək, təxminən 5-10 dəqiqə bişirilir. Bişmiş xəmir dərhal sobadan çıxarılır və istənilən formaya salınır/bükülür. Xəmir bişdikdən dərhal sonra,isti halda formaya salınmalıdır. Ona görə də hər dəfə az sayda xəmir bişirmək lazımdır.
5. Tuilləri istədiyiniz kremlə (aşağıda nümunə var), meyvəylə doldurub süfrəyə verin.

Tuile

Kremin hazırlanması:
5-6 ədəd tuiles üçün 1 ¼ fincan krem lazımdır.
Ərzaqlar:
1 fincan süd (tam yağsız ya da az yağlı)
¼ fincan şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 cimdik duz
2 böyük yumurtanın yalnız sarısı
¼ fincan qarğıdalı nişastası
1 xörək qaşığı duzsuz kərə yağı (kiçik hissələr doğranılır)
1.Orta ölçülü qazana süd,şəkər tozunun yarısı,vanil ekstraktı və duz tökülüb qaynayanadək orta dərəcəli odun üzərində bişirilir.
2.Orta ölçülü qabda yumurta sarısı, qarğıdalı nişastası və şəkər tozunun qalan hissəsi qarışdırılır. Qarışdıra-qarışdıra bunun üzərinə yavaş-yavaş əvvəlcədən hazırlanmış isti,südlü qarışıq əlavə olunur. Bütün bunlar tam şəkildə bir-birinə qarışdıqdan sonra yenidən qazana tökülür. Təxminən 2-4 dəqiqə,orta-yüksək dərəcəli odda, dayanmadan qarışdırmaq şərtiylə kütlə qatılaşana kimi bişirilir.
3.Bişdikdən sonra qarışıq qaba tökülür,üzərinə yağ əlavə olunur. Orta sürətli mikser vasitəsiylə, təxminən 5 dəqiqə ərzində, yağ əriyənə və kütlə soyuyanadək qarışdırılır.
4.Bərkiməsin deyə kremin üzəri sellofanla kip şəkildə örtülür. Soyuyanadək soyuducuda saxlanır. Ən azı 2 saat,ən çoxu 2 günədək krem soyuducuda saxlana bilər. İstifadə etməzdən öncə yumşalması üçün kremi qarışdırmaq lazımdır

Nuş olsun!
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
buyreplica 30 may 2016 10:51
Loads of Rolex Replicas will be decide to put on sale, which may connect with a person's several demands. Show that could be very difficult to Replica Rolex GMT Watchesis definitely that a font to the Daydate on the top bar is definitely bolder versus the a person to the primary Rolex Reproductions of vintage designs look at. This is certainly unquestionably real for someReplica Rolex Watches Reproductions of vintage designs. You will enjoy serious set in lieu of imitation set. You will enjoy precisely the same stitches. The fact is, quite a fewReplica Rolex Yachtmaster Watches and handbags Fake brands outdo goals plus manufacture solutions that happen to be marginally as good as theReplica Rolex Submariner Watches.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
cialis 24 noyabr 2016 14:40
Purchase generic cialis softtabs tadalafil deals are the starting Cialis dosage for adults.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: