Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Zahılıq dövrü

Doğuşun dərhal ardından başlayan və altı həftə davam edən müddətə zahılıq dövrü deyilir. Bu dövrdə hamiləliyin qadında yaratdığı fizioloji və psixoloji dəyişmələr hamiləlikdən əvvəlki halına dönür. Hər orqanın və sisteminin hamiləlikdən əvvəlki halına dönməsi müəyyən müddət çəkir. Zahılıq dövrü - çox erkən, erkən və gec adlanan üç dövrə ayrılır:
1 - çox erkən zahılıq dövrü: doğuşdan sonrakı ilk 24 saatı;
2 - erkən zahılıq dövrü: doğuşdan sonrakı birinci həftəni;
3 - gec zahılıq dövrü: qalan 5 həftə müddəti təmsil edir.
Zahılıq dövrünün xüsusiyyətləri və məsləhətlər.
DOĞUŞ SONRASI GİGİYENA
Əllər tez-tez yuyulmalıdır.
Tikişləri təmizləmək üçün aseptik məhlullar (məsələn Betodin) istifadə olunmalıdır. Təmizlik vaxtında edilməlidir.
İstifadə olunan bezlər yumşaq, təmiz, rəngsiz və qoxusuz olmalıdır.
Bezlər tez-tez dəyişdirilməli, pambıqlı alt paltar seçim edilməlidir.
Tikişlərdə doğuşdan sonra ilk bir neçə gün şişlik, gərginlik və narahatlıq ola bilər, oturmaqda çətinlik yaşana bilər. Tikiş ipləri alınmır, özbaşına düşür. Təmiz olduqda yara 1-2 həftə ərzində bərpa olur.
Qanaxma normaldan çox olsa (1 saatdan daha tez bezin tamamilə islanması), bədən temperaturunun yüksəlməsi və ya axıntıdan pis qoxu olsa həkimə müraciət edilməlidir. Qeysəriyyə kəsiyi olanlarda tikiş bölgəsində şişkinlik, qızartı və axıntı olsa həkimə müraciət edilməlidir. Normal doğuş sonrası qadın mümkünsə hər gün ilıq duş almalıdır.
QİDALANMA
Ədviyyatlı, acılı, yağlı və qızartma qidalardan uzaq durmaq məsləhətlidir. Sulu qidalara üstünlük verilməlidir.
Nikotin, spirt kimi maddələr istifadə edilməməli, çay və qəhvə istehlakından qaçınılmalıdır.
İSTİRAHƏT VƏ YUXU
Doğuş sonrası ana yorğunluq, ağrılar, körpənin qidalanması, baxımı səbəbiylə istirahət və yuxuya kifayət qədər zaman ayıra bilməz. Bunun üçün ailənin digər üzvlərindən kömək alınmalıdır. Gecələri əmizdirmə səbəbi ilə yuxu tez-tez bölündüyündə gün ərzində ən az 2 saat istirahət və yuxuya zaman ayrılmalıdır. Zahılıq dövründə ağır işlərdən uzaq durulmalıdır.
BƏDƏNİN ƏVVƏLKİ GÖRÜNÜŞÜNƏ QAYITMA
Hamiləlikdən əvvəlki çəkiyə qayıtmaq üçün tələskənlik edilməməlidir. Ayda 2 kilodan çox kilo itkisi uyğun deyil.
Bədən çəkisi, doğuşdan 6 həftə sonra köhnə halına dönməyə başlayacaq.
Əmizdirən anaların uşaqlığı və qarın əzələləri köhnə halına daha asan gəlir.
Doğuş sonrası bir müddət sallanan və böyük qarın üçün sarğı və ya korset istifadə edilməlidir. Bunun üçün fiziki məşqlər faydalı olur. Həftədə ən az 3 dəfə 20-30 dəqiqə müddətlə məşq edilməlidir.
DƏRMAN İSTİFADƏSİ
Lazımlı görülsə həkim tərəfindən ağrıkəsici, antibiotik və vitaminlər təyin oluna bilər. Həkimin təklifi olmadan heç bir dərman istifadə edilməməlidir.
Dəmir dərmanları da doğuşdan 3 ay sonrasına qədər istifadə edilməyə davam edilməlidir.
Ananın istifadə etdiyi dərmanların "ana südü" ilə körpəyə keçə biləcəyi bilinməlidir.
QARIN AĞRISI
Doğuş sonrası görülən qarın ağrısı uşaqlığın sıxılması və kiçilməsi ilə əlaqədardır. Əmizdirmə də uşaqlığın sıxılmasını sürətləndirir. Qarın ağrısı 48 saat ərzində yüngülləşər.
DOĞUŞ SONRASI CİNSİ ƏLAQƏ
Doğuşdan sonra, zahılıq dövrü ərzində (42 gün) cinsi əlaqə təxirə salınmalıdır.
Cinsi əlaqədə hamilə qala biləcəyi unudulmamalıdır.
Ana və körpə sağlamlığı üçün bir ildən daha qısa müddətdə hamiləlik məsləhətli deyil.
Qadın həkimi ilə məsləhətləşib qorunma üsulu seçməlidir.

Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Zahılıq dövrü
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
buyreplica 30 may 2016 10:47
It is really true this considering Replica Rolex Watches is certainly the usual plus irrefutable personal choice of gals, its pushing up a maximize sought-after to get alternative main brands plus copy Fake Purses and handbags. I actually won't often be too ashamed so that you can presentation for thisRolex Replicas Reproductions of vintage designsReplica Rolex Submariner Watches, mainly once checking out these folks how they could greatly enhance a person's current wardrobe and they are generally without any doubt a should-haves. Along at the initially check we will notice that a Rolex Reproductions of vintage designs different Replica Rolex GMT Watches will be really very similar plus now there will not be lots of disparities amongst theseReplica Rolex Yachtmaster Watches.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: