Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Psixomola

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sualların yaranmağa başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələb və məsuliyyətlərindən qaçmaqdır. Bütün bunları nəzərə alsaq, yeniyetmə olmaq asan deyil. Eyni şey ana və atalar üçün də etibarlıdır, yeniyetmə valideyni olmaq heç də asan deyil. Yeniyetmə artıq valideyndən uzaqlaşmağa, onların səhvlərini tapmağa, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, maddə və spirt istifadə riski, aqressiv davranışların artması, dərs, iş davranışında problemlərin meydana gəlməsi və akademik həyata maraqsızlıq kimi onları narahat edən hallar ortaya çıxır. Öyüd-nəsihətin başlandığı nöqtədə yeniyetmə valideynlərindən uzaqlaşmağa başlayır. Burada yarana biləcək emosional hissləri nəzərə alaraq bir mütəxəssisdən yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni, həm də valideyni rahatlaşdırar.

Hansı hallarda psixomola ola bilər?

-Yeniyetmə ilə kommunikativ olaraq qopuqluq yaşanmağa başlanıbsa,

-Şəxsiyyət qarışıqlığı yaşanırsa,

-Valideyn olaraq yeniyetmə övladınızla necə davranacağınızı bilmirsinizsə,

-Akademik müvəffəqiyyət düşürsə,

-Spirtli içki və maddə istifadəsinə başlanılırsa,

-Aqressiv davranışları artırsa,

-Sosial uzaqlaşma və buna bənzər hallar

Əgər yuxarıda qeyd olunan hallar övladınızda da müşahidə olunursa, mütəxəssisə müraciət etməyiniz mütləqdir. Unutmayaq ki, yeniyetməlik dövrü bizim həyata sağlam formalaşmış fərd kimi addım atmağımız üçün mühüm bir keçid dövrüdür.



Müəllif: Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Validə Abbasova
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: