Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Hamiləliyin ilk əlamətləri

Bir çox qadın hamilə olduğunu dərhal anlaya bilər. Çünki hamiləlik əlamətləri, istisnalar da olsa, qadınların əksəriyyətində eyni şəkildə özünü göstərir. Hamiləliyin ilk əlamətləri nələrdir?
1. Menstruasiyanın ləngiməsi (gecikməsi). Bu hamiləliyin ən erkən əlamətlərindən biridir. Gözlənilən aybaşı gözlənilən tarixdə gəlmədiyi zaman hamiləlikdən şübhələnmək olar. Ancaq hər ədəd gecikməsi hamiləlik olduğu mənasını əlbəttə daşımır. İstifadə edilən dərmanlar, iqlim dəyişiklikləri, hormonal xəstəliklər və stress də aybaşı gecikməsinə səbəb ola bilər.
2. Süd vəzilərdə həssaslıq və ağrı. Erkən hamiləlik əlamətlərinin ən çox rast gəlinən əlaməti sinələrdə həssaslıqdır. Hamiləlik baş verəndən dərhal sonra bədəniniz süd istehsalı üçün və ya əmizdirmə üçün özünü hazırlamağa başlayır. Bu səbəbdən süd vəzilərdə həssaslıq, şişkinlik, məmələrdə ağrı yaranır. Qadın bunu geyinib soyunarkən, yuxuya getmədən əvvəl sağa-sola dönərkən, duş qəbul edərkən hiss edə bilər. Lakin bu həssaslıq aybaşı olmağa yaxın günlərdə də ola bilər.
3. Həddindən artıq yorğunluq hissi, halsızlıq. Hamilə qadınlarda yorğunluq çox tez görülər. Səhər yataqdan qalxmaq çətinləşər, axşam yatağa daha erkən girməyə başlaya bilər. Gün ərzində davamlı və həddindən artıq yorulma da erkən hamiləlik əlamətləri arasındadır. Hamilələrə yorğunluq əlamətlərini nəzərə alıb yaxşıca dincəlmək lazımdır. Əgər hamilə işləyirsə günortaya doğru artan yorğunluq və yuxu halı yaşaya bilər. Bunun səbəbi qanda progesteron hormonun yüksəlməsidir.
4. Ürəkbulanması və qusma. Hamiləliyin erkən dövrlərində, xüsusilə 6 ilə 14 həftələr arası və daha çox səhərlər, bəzən günortadan sonra və ya bütün gün də ürəkbulunma ola bilər. Ürəkbulanmasının səbəbində HCG-nin qanda səviyyəsinin yüksəlməsi və maddələr mübadiləsi ilə əlaqədar faktorların əhəmiyyətli bir rol oynadığı düşünülür. Bu faktorlara estrogenlərin səviyəsinin yüksəlməsi, qidada kifayət qədər B6 vitamininin olmaması və s. daxildir. Yemək qoxusu, siqaret, ağır ətirlər, tər qoxusu hamiləlikdə ürəkbulanma hissini artırır. Əgər ciddi qusmalar da başlarsa, bu vəziyyət həkimlər tərəfindən Hiperemezis Gravidarum olaraq adlandırılır.
5.Tez-tez sidiyə çıxmaq. Hamiləlik zamanı uşaqlıq böyüyür və sidik kisəsinə təzyiq edir. Bunun nəticəsində bu əlamət baş verir.
6. Baş gicəllənməsi. Hamiləliyin ilk həftələrində hamilələrdə baş gicəllənməsi çox tez rast gəlinən bir əlamətdir. Bir müddət ayaqda dayandıqdan dərhal sonra oturub və yə qəflətən ayağa qalxdığınızda baş gicəllənməsi yaşaya bilərsiniz. Bu böyümüş uşaqlıqın damarlara təzyiq etməsi və arterial təzyiqin düşməsi nəticəsində ortaya çıxan bir vəziyyətdir.
7. İştahanın dəyişməsi və bəzi yeməklərdən iyrənmə. Bəzi qadınlar hamiləlik zamanı iştahanın artmasını hiss edirlər. Məsələn, mövsümündə olmayan bir meyvə və ya tərəvəzi çox istəyə bilərlər. Digər qadınlar isə bunun tərsi olaraq iştahsızlıq və ya çox sevdiyi yeməklərə qarşı iyrənmə yaşaya bilərlər.
8. Qıcqırma və qəbizlik. Qıcqırmanın səbəbi uşaqlığın böyüməsi və mədəyə, bağırsaqlara təzyiq etməsidir. Eyni zamanda bədəninizdə artan hormon səviyyələri də bağırsaqların peristaltikasını və həzmi yavaşlada bilər. Bu zaman qısa aralıqlarla və az miqdarda yemək məsləhətlidir.
9. Ruh halında və duyğularda dəyişmələr. Bədəndə baş verən hormonlar dəyişmələrə bağlı olaraq hamilənin ruh halında da bəzi fərqliliklər meydana gələ bilər. Hamilə bir anda əsəbləşə bilər və ya stressə girə bilər. Dərhal ardından duyğulanıb ağlaya və ya həddindən artıq həyəcan yaşaya bilər. Bütün bunlar normal və ola biləcək hamiləlik əlamətləridir.

Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Hamiləliyin ilk əlamətləri
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
jenney 2 dekabr 2016 06:17
It is not necessarily accessible to acquiesce purchasing Cheap Ray Bans from artisan boutiques. However, about these food and administration food activity end of season's auction if you'll be able to buy Ray Ban frames at acutely discounted rates. Online optical food aswell activity abounding discounts in your admired Ray Ban frames.Ray Ban has a accretion of accepted kinds of artisan sunglasses with lots associated with celebrities aflame the chichi title. The a lot of accepted brace associated with Ray Ban Outlet is the PR-18IS archetypal that may be actuate on Paris Hilton, Gwen Stefani, Gwyneth Paltrow, Jessica Alba, Kate Moss, Ellie Kardashian, Rihanna and several added people. These glasses admission a alongside amore ability and aswell admission a afire to aphotic falling tint. They are aswell in actuality ample fit and covering your complete watching http://www.buycheap
ray-ban.co.uk/ breadth with shade, authoritative them ideal for anyone.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
onesacluxefrance 27 aprel 2017 11:31
Je veux toujours ce que je ne peux pas avoir. Je pense que c'est la nature humaine, s'il existe une telle chose, l'inaccessibil
ité donne tout un placage de valeur accrue. C'est aussi un principe psychologique principal de la marque de mode réussie, en fin de compte, les entreprises de n'importe quel type espèrent que leurs marchandises seront assez populaires pour finir par exiger qu'elles dépassent l'offre et leur désirabilité sera compacte. Peu d'années sont arrivés à ce point, mais naturellement, le Réplique sac de luxe que je veux le plus au monde a fait: le Gucci Marmont Velvet Shoulder Bag.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: