Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Körpənin xərcləri

Ailə büdcəsində körpələrin saxlanması ilə bağlı xərclər, xüsusən gənc ailələrdə xüsusi çəkiyə malikdir. Doğrudur, uşaqların doğulması və saxlanması üçün dövlət tərəfindən müəyyən müavinət ayrılır, lakin bu, xərclərin cüzi bir hissəsini qarşılayır.
Bir misal göstərək, bir yaşa qədər uşaqların süni qidalanmasına çəkilən xərcləri nəzərdən keçirsək vəziyyət aydın olar. M.İsrafilli və S.Zülfüqarlının apardığı tədqiqat göstərir ki, bir yaşa qədər uşaqların süni qidalanması üçün bir ildə ABŞ-da 1100-1200 ABŞ dolları, Böyük Britaniyada 350-400 funt sterlinq, Azəbaycan Respublikasında isə qidanın növündən asılı olaraq 1000-2500 manat vəsait xərclənir. 2013-cü ildə Respublikamızda ana südü ilə qidalanan 1 yaşa qədər uşaqların sayı 63500, süni qida ilə qidalananların sayı isə 107309 nəfər olmuşdur.
Körpənin geyim, müalicə xərclərini də bura əlavə etsək, alınan məbləğ əksər ailə büdcələrinin 30-40 faizinə qədər çatar. Bu kifayət qədər böyükdür.
Nəzərə alınsa ki, bu körpələr həm də Azərbaycan cəmiyyətinin gələcəyidir, dövlətin onlara qayğısı daha da artırılmalıdır.

Müəllif: ADİU-nun Maliyyə kafedrasının dosenti Qurbanov Bayraməli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: