Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Keks üçün

1 – Keks üçün istifadə edəcəyiniz duru ərzaqlar (yumurta, yağ, qatıq, süd, meyvə şirəsi, soda və s.) mütləq otaq temperaturunda olmalıdır. Bunun üçün keks hazırlamağa başlamazdan en az bir saat əvvəl ərzaqları soyuducudan çıxarmaq lazımdır.
2 – Keksi hazırlamağa başlamazdan əvvəl bütün əşyaları hazır vəziyyətə gətirmək lazımdır. Keks qabı yağlanıb biraz un səpilməli, yaxud yağlı kağız sərilməli, soba 180 dərəcəyədək isidilib hazır saxlanmalıdır. Çünki qaba tökülən keksin dərhal isti sobaya verilməsi lazımdır.
3 – Yumurtalar mikserlə ağ, köpüklü krem halına gələnədək çırpılmalı, daha sonra şəkər əlavə olunub, qarışdırılmağa davam edilməlidir. Bu uzun müddət çəkən qarışdırma işi, keks bişdikdən sonra ondan yumurta qoxusunun gəlməsinin qarşısını alır və keksin yaxşı şişməsini təmin edir.
4 – Kekse bir neçə damcı limon şirəsi sıxılması və ya limon qabığının rəndələnərək əlavə olunması onun daha yaxşı şişməsinə kömək edir.
5 – Duru qarışığa un əlavə olunana qədər mikserdən istifadə oluna bilər, lakin un əlavə edildikdən sonra xəmir yalnız taxta qaşıqdan istifadə olunaraq qarışdırılmalıdır.
6 – Keksə qatılacaq olan meyvə dilimləri, çərəz və ya kişmişin dibə çökməməsi üçün quru olması vacibdir. Əgər bu ərzaqlar nəm olarlarsa, una və ya nişastaya batırılaraq xəmirə əlavə olunmalıdır.
7 – Süd istifadə olunan kekslər daha yumşaq, qatıq və ya xama istifadə olunan kekslər isə daha quru olurlar. Kakaolu, yaş və ya brovni keksləri üçün süddən istifadə olunması daha məsləhətlidir. Keksin xəmirində kakao və süd qarışımından istifadə olunması hazır keksdə şokalad dadının hakim olmasını təmin edəcəkdir.
8 – Kekslərdə rəndələnmiş kök, alma və ya çiyələk kimi meyvələrdən istifadə olunarsa, daha yastı qəliblərdən istifadə olunması məsləhətdir. Əks halda keksin üstü qızarsa da, içi çiy qala bilər.
9 – Keksin sobanın alt gözündə bişirilməsi məsləhətdir. Bu halda onun üzəri qızarana qədər içərisi bişmiş olacaqdır.
10 – Keks bişirərkən ilk 20 dəqiqə ərzində sobanın qapısı açılmamalıdır. Əks halda keks şişməyəcəkdir.
11 – Keksi bişənə yaxın son 5-10 dəqiqədə sobanın dərəcəsi 150-yə düşürülə bilər. Bu, keksin üzəri yanmadan içinin daha yaxşı bişməsini təmin edəcəkdir.
12 – Keks bişdikdən sonra dərhal sobadan çıxarılmamalı, sobanın qapısı açıq şəkildə bir neçə dəqiqə saxlanmalıdır. İsti sobadan dərhal çıxarılan keksin az da olsa şişkinliyi sönə bilər.
13 – Bişmiş keks yalnız soyuduqdan sonra qəlibdən çıxarılmalıdır, əks halda parçalana bilər.

Müəllif: anacan.az (Səfurə Rüstəmova)
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: