Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Kiçik məktəb dövrü (6-11 yaş)

Kiçik məktəb yaş dövrünün əsas xarakterik xüsusiyyətləri aşağıdakılardır:
1) Cinsi diferensiasiyanın formalaşması
2) Süd dişlərin daimi dişlərlə tam əvəz edilməsi
3) Sinir sisteminin formalaşmasının başa çatması
4) Baş beyin qabığı böyüklərdəki kimi quruluşa malik olur
5) Tənəffüs və ürək-qan damar sisteminin fizioloji parametrləri böyüklərdəki kimi olur
Böyük Məktəb yaşı dövrü ( 12-17-18 yaş) Kiçik  məktəb dövrü (6-11 yaş)
Böyük məktəb yaşı və ya yeniyetməlik dövrü cinsi inkişaf yaşı ilə üst-üstə düşür.Böyük məktəb yaşı dövrünün əsas xarakterik xüsusiyyətləri aşağıdakılardır
1) İntensiv cinsi diferensiyasiya
2) Hipofizar-qonad və hipofizar-böyrək üstü vəz sisteminin aktivliyi artması
3) Çəki və boy uzunluğu intensiv artması
4) Əzələ sistemi və iş qabiliyyəti əhəmiyyətli dərəcədə artması
12-13 yaşda qızlarda menarj başlayır.Cinsi yetişkənlik dövründə boy artımı xüsusi ilə nəzərə çarpır ona görə də 12-14 yaşda qızlar fiziki inkişafca oğlanları üstələyir.Oğlanlarda sürətli boy artma yaşı təxminən 14 yaşda olur.Bu illərdə təxminən ilə 10 sm böyüyür.
Fiziki inkişafdan kənara çıxmalar
Fiziki inkişafdan kənara çıxmalar uşağın inkişafının yaxşı olmamasının işarətidir.Dövr inkişafının ləngiməsi ola bilər
- Simmetrik tip yəni çəki və boy eyni dərəcədə aşağı olur. Bu daha ağır zədələnmənin işarətidir ( qeyri qənaətbəxş faktorların dölə, hamiləliyin 1-ci və 2-ci yarısında təsir etməsi)
-Asimmetrik tip hansıki boy inkişafı normal, çəkidən isə geri qalır ( qeyri qənaətbəxş faktorların dölə, hamiləliyin axırıncı aylarında təsir etməsi)
Bədən çəkisinin artıq olması ödev sindromunda, piylənmədə və şəkərli diabetli anadan doğulan uşaqlarda olur.Baş çevrəsinin normadan böyük olması hidosepariyadan, raxitdən, mərkəzi sinir sisteminin perinatal zədələnmələrindən baş verir.

Müəllif: Həkim Pediatr Günay Rəsulova
Kiçik  məktəb dövrü (6-11 yaş)
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: