Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Diyetoloqla məsləhətləşmədən edilən pəhrizin fəsadları

Gözəl görünmək və formada olmaq hər bir insanın arzusudur, əsasən də xanımların. Lakin təəssüf ki, “arıqlayım” deyərkən sağlamlığını itirənlərin sayı da bu arzuda olanların sayından geri qalmır. Çünki xanımlar artıq çəki problemi ilə qarşılaşdıqları zaman, problemin səbəbini araşdırmaq əvəzinə dərhal həllini axtarırlar. Və köməyə ilk gələn dəbli diyetli saytlar, rəfiqələr, qonşular olur. Təbii ki, instagram və digər sosial şəbəkələrdən izlədikləri məşhurların arıqlama üsullarını qeyd etməmək olmaz.
İnsanlar bir-birilərindən cinsiyyəti, yaşı, boyu , çəkisi , yaşadığı coğrafi mühit və bir çox xüsusiyyətlərlə fərqlənirlər. Bu qədər fərqliliyin içində eyni diyetin hər kəsdə eyni nəticə verəcəyini düşünmək məsələyə qeyri-ciddi yanaşmaqdır.
Bir həkim kimi məni bu məsələ narahat edir. Çünki hər bir xanım anadır. Və sağlamlığını itirən ana gələcəyə sağlam nəsil ötürə bilməz, sağlam qidalanmağı bacarmayan ana ailədə düzgün qida mədəniyyəti formalaşdıra bilməz.
Gündəmə populyar dəbli diyetlərin yaratdığı fəsadlar və orqanizmdə bəzən geri dönüşü olmayan problemlər gəlir . Bu dəbli diyetlər çıxış yoludursa , o zaman niyə hələ də bu qədər artıq çəkili insan var? Niyə hər gün piylənmədən əziyyət çəkənlərin sayı sürətlə artır? Niyə hər il bu problemdən çıxış yolunu tapmaq üçün elmi araşdırmalara vəsait xərclənir?
Dəbli diyetlər ürək və böyrəklər başda olmaqla bir çox orqanlarımızı sıradan çıxarır. Bu diyetlərdən sonra yaranan şikayətlər isə çoxlarımıza tanışdır: baş ağrıları, ürəkbulanma, əsəbilik, qəbzlik, yorğunluq, hipertoniya, saç tökülməsi, yaddaşın pozulması. Nəticədə isə bizə qalan bazal metabolizma sürətinin azalmasıdır. Yəni “ həkim, nə etsəm də artıq çəkim getmir” məsələsi...
İndi çoxlarınız bəlkə də “axı filankəs filan diyetlə gözəl nəticə əldə etdi” , “mən filan diyetlə yaxşı arıqlamışdım” deyə düşünürsüz. O zaman bu sualıma da cavab verin. Bes sonra nə oldu ? Əksər hallarda cavab “kilomu artıqlaması ilə geri aldım” olur.
Artıq çəki probleminiz varsa ilk olaraq bunun səbəbini araşdırın. Müayinədən keçin. Səbəbini bilmək və diyetoloqunuzla bu səbəbi aradan qaldıracaq şəkildə kilo vermək, sizi sağlamlığınıza qovuşdurar və nəticənin qalıcı olmasını təmin edər. Çünki artıq çəki yaratdığı estetik, sosial problemlər bir yana sağlamlıq üçün təhlükəlidir. Sağlamlığınıza biganə qalmayın. Siz ailənizə və çevrənizə sağlam lazımsız! Sağlam şəkildə arıqlayın! Çünki HƏYATDA HEÇ NƏ HEÇ VAXT SİZİN SAĞLAMLIĞINIZDAN DAHA VACİB OLA BİLMƏZ...

Müəllif: Diyetoloq Tutu Zeynalova
0
{vote}
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
Austbn 22 iyul 2019 05:53
Deze laarzen zijn van een perfecte kwaliteit en comfortabel om te dragen. Goedkope UGG schoenen kopen Ze dragen deze laarzen wanneer ze reizen, en ze zullen niet moe worden.kopen dames ugg vossenbont Ik adviseerde deze site aan mijn goede vrienden, ze zijn erg blij, kunnen zulke goedkope uggs kopen
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Griffiiaa 29 avqust 2019 13:25
Copying Christian Louboutin shoes is very beautiful and very temperament. cheap Christian Louboutin shoes I really like this replica Christian Louboutin shoes. The store service is very good, the quality of the shoes is very good,cheap men Christian Louboutin derby and the price is very cost-effective, I think I am very cheap, good quality and cheap
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: