Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Məsuliyyətlisinizmi? – Psixoloji test

1) Əhəmiyyətli bir tədbirə gedəcəksiniz, amma tədbirdə iştirak etmək üçün göy paltar geyinməlisiniz və bu da sizdə yoxdur. Bu zaman nə edərdiniz?

a) Birindən müvəqqəti götürərəm
b) Qara paltarım var, onu geyinmək olmazmı?
c) Pulla alaram

2) Sizin üçün özəl biri ilə görüşəcəksiniz. Görüş vaxtına 30 dəqiqə var, siz avtobus dayanacağındasınız və sizin avtobus hələ gəlməyib...

a) Avtobus bir azdan gələr.
b) Taksiyə minərəm.
c) Bir neçə avtobus dəyişdirərəm.

3) Mağazadan lazım olan şeyləri alırsınız, amma kassada məlum olur ki, pulunuz çatmır...

a) Pulum çatdığı qədərini alaram
b) Aldıqlarımı ucuz mallarla dəyişdirərəm
c) Borclu qaldığım pulu sonra göndərərəm

4) Divara asdığınız şəkil bir az əyri dayanır

a) Sonra düzəldərəm
b) Əhəmiyyətli deyil
c) İndi durub düzəldərəm

5) Bir yaxınınızı həkimə aparmısınız. Həkim sizə söz verdiyi saatda xəstəxanada deyil...

a) Gözləyərəm, vaxtımız var
b) Bəlkə əhəmiyyətli bir işi çıxıb...
c) Bu, nə məsuliyyətsizlikdir

6) Yoldaşınızın evindəsiniz və telefonla təcili olaraq bir yerə zəng etmək lazımdır...

a) Çölə çıxıb, zəng etmək üçün sakit yer axtararam
b) Yoldaşımdan telefonunu istifadə etmək üçün icazə istəyərəm
c) Evə gedəndən sonra zəng vuraram

7) Piyadalara qırmızı işıq yansa da, ətrafda avtomobil yoxdur...

a) Ətrafa baxar, polis yoxsa keçərəm
b) Dərhal keçərəm
c) Yaşıl işığı gözləyərəm

8) Telefonda ...

a) Söhbət etməyi xoşlayıram
b) Problemi izah edirəm
c) Daha rahat danışıram

9) Kreditin son günüdür və onu ödəmək üçün banka getdiniz, lakin bankda xeyli növbə var.

a) Nə edək, gözləyərəm
b) Axşam təkrar gələrəm
c) Sabah cəriməli ödəyərəm

10) Dostunuz sizinlə görüşüb, alverə getmək istədiyini söyləsə...

a) Harada
b) Necə
c) Saat neçədə

Balları hesablayın:

a b c
1 - 1 2 3
2 - 3 1 2
3 - 1 2 3
4 - 2 3 1
5 - 3 1 2
6 - 1 2 3
7 - 2 3 1
8 - 3 1 2
9 - 1 2 3
10 - 2 3 1

Nəticələr:

1- 13 bal:

Məsuliyyətli insansınız. Ətrafınızdakılar sizə güvənirlər. Dostlarınız həmişə sizin onların yanlarında olmanızı istəyir. Lakin diqqətli olun, özünüzü çox yormayın. Çünki köməyə ehtiyacınız olduğunda yanınızda kimsəni tapmaya bilərsiniz. Sizin kimi qaydalara uyğun gələn və məsuliyyətli insanlar təxmin etdiyiniz qədər çox deyillər.

14-22 bal:

Məsuliyyət sahibi olmağa və qaydalara riayət etməyə çalışırsınız, amma heç cür sabitlik tapmırsınız. Bunun səbəbi də çox tələsmənizdir. Qaydaların olması və bunlara hər kəsin uyğun gəlməsi cəmiyyətin yaşaması üçün vacibdir. Siz də bu məsuliyyəti daşıya biləcək insanlardansınız. Sabit ola bilmək üçün inanmaq lazımdır.

23-30 bal:

Çox rahat bir insansınız. Mümkün olsa heç bir qaydaya zidd getməyəcək və heç bir məsuliyyətin altına girməyəcəksiniz. Amma həyat o qədər sadə deyil. Siz cəmiyyətdən kənarlaşmaqla insanların qaydalarından qurtara bilməzsiniz. Əvvəl-axır bir mühitə girmək və insanlarla görüşmək məcburiyyətindəsiniz. Məsuliyyətlərdən və qaydalardan həzz almağı öyrənə bilərsiniz.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
viagra_online 19 sentyabr 2016 19:07
Chat Rooms female viagra online cialis cialis u apotekama for breeding.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: