Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Nikah proseduru

Nikaha daxil olmaq üçün ilk növbədə qeydiyyatda olduğunuz rayonlarda Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş xəstəxanalarda və ya poliklinikalarda pulsuz nikah haqqında tibbi arayış sənədini almalısınız. Bu xəstəxana və poliklinikalar haqqında məlumatı qeydiyyatda olduğunuz rayonun qeydiyyat şöbələrindən öyrənə bilərsiniz. Müvafiq xəstəxana və poliklinikalara getdiyiniz zaman şəxsiyyət vərəqəsinin əslini və surətini özünüzlə bərabər götürməyi unutmayın. Tibbi arayışı aldıqdan sonra bir ay müddətində nikah üçün qeydiyyat şöbələrindən və ya ASAN xidmətlərdən nikah günü almaq üçün müraciət edin.
Nikah üçün təqdim edəcəyiniz sənədlərdən digəri şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqənizin etibarlılıq müddətinin keçməməsinə diqqət edin.
Nikah üçün tələb olunan rüsum 5 manatdır. Ödənişi yalnız qeydiyyatda olduğunuz rayonun qeydiyyat şöbələrində yerləşən Ədliyyə Nazirliyinə məxsus elektron ödəmə sistemlərində həyata keçirə bilərsiniz.
Lazım olan digər bir sənəd isə yazılı ərizə formalarıdır. Bu ərizə formaları qeydiyyat şöbəsində sizə təqdim ediləcəkdir. Yazılı ərizə formalarını doldurduqdan sonra nikah üçün lazım olan bütün sənədlər hazır olacaq.
Sənədlər hazır olduqdan sonra onları nikah üçün təyin edilmiş qeydiyyat şöbələrinə və ya ASAN xidmət mərkəzlərinə təqdim etmək lazımdır. Bundan sonra siz nikah üçün gün alacaqsınız. Ödəmiş olduğunuz qəbzin bir nüsxəsi sizdə qalmaqla yanaşı, qeydiyyat şöbələrindən və ya ASAN xidmət mərkəzlərindən nikah gününü göstərən buklet də ala bilərsiniz.

Müəllif: Elvin Müzəffərli
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
buyreplica 30 may 2016 10:52
It is really true this considering Replica Rolex Watches is certainly the usual plus irrefutable personal choice of gals, its pushing up a maximize sought-after to get alternative main brands plus copy Fake Purses and handbags. I actually won't often be too ashamed so that you can presentation for thisRolex Replicas Reproductions of vintage designsReplica Rolex Submariner Watches, mainly once checking out these folks how they could greatly enhance a person's current wardrobe and they are generally without any doubt a should-haves. Along at the initially check we will notice that a Rolex Reproductions of vintage designs different Replica Rolex GMT Watches will be really very similar plus now there will not be lots of disparities amongst theseReplica Rolex Yachtmaster Watches.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: