Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Çin süfrə mədəniyyəti

Çində çəngəl yerinə “Hashi” adı verilən çubuqlardan istifadə olunur. Yemək əsnasında heç kim bir-biriylə çox danışmaz. Heç kim boşalan stəkanını özü doldurmaz . Çin süfrə mədəniyyəti
Yemək yeyərkən ağızı marçıldatmaq, hətta gəyirmək çox normal bir vəziyyətdir; bu, ev sahibinin dadlı yemək hazırladığından xəbər verir. Yeməyi səssiz yemək isə ev sahibinə qarşı hörmətsizlik və təhqir sayılır. Yeyib doyduqdan sonra qabda bir qədər yemək saxlamaq lazımdır. Yoxsa ev sahibi, qonağına kifayət qədər yaxşı qulluq edə bilmədiyini düşünər. Yeməkdən sonra batmış süfrə isə daha iştahla yemək yeyilməsini göstərir.
Çində uzun əriştələrdən hazırlanan "noodle" yeməyi ilə bağlı qəribə inanc mövcuddur. Belə ki, çinlilər uzun əriştələri əsla kəsməzlər. Çünki onlar uzun "noodle"ların ömrü təmsil etdiyinə inanırlar. Əgər əriştəni kəssəniz, ömrünüzü qısaltmış sayılırsınız.
Xüsusilə Cənubi Çin və Hong-Konqda balığın bir tərəfini yedikdən sonra onu digər üzünə çevirmək olmaz. Bu çin dilində “dao yue” adlanır və şanssızlıq əlaməti hesab olunur. Çinlilər bunu balıqçı qayığının qəzaya uğrayacağına yozurlar.

Müəllif: anacan.az (Səfurə Rüstəmova)
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: