Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Yapon süfrə mədəniyyəti

Yaponlar yeməkləri “Hashi” adı verilən yemək çubuqları ilə yeyirlər. Boşqabdakı yeməkləri yemək çubuqları istifadə edərək qarışdırmaq, çubuqları bir adama, ya da nəyəsə tuşlamaq mədəniyyətsizlik olaraq qəbul edilir. Yemək yeyərkən ağızı marçıldatmaq müsbət qarşılanır. Bu, yeməyin ləzzətli olduğunu ifadə edir. Yapon süfrə mədəniyyəti
Sushi yeyilən bir məkanda balığın dadını dəyişə biləcəyi üçün siqaret çəkilməsi qadağandır. Əks halda, bu aşbaz və restoran işçilərinə qarşı təhqir olaraq qəbul edilir.
Masada kimsənin stəkanı boş qalmamalıdır. Buna görə hər kəs bir-birinin stəkanını doldurmalıdır.
Bir Yaponun sizi evinə dəvət etməsi çox böyük bir hadisədir, adətən görüşmək istəyən ailələr çöldə bir restoranda görüşərlər. Lakin siz bir yaponun evinə dəvət edilmişsinizsə, bu sizin üçün böyük bir qürurdur, amma ayaqqabılarınızla içəri girməyin. Yeməyə başlamaq üçün ev sahibinin 3 dəfə dəvətini gözləməlisiniz. Içki servisi masa arxasındakı ən kiçik şəxs tərəfindən ən böyüklərə qulluqla başlanılır. Yemək zamanı çubuqları bir-birinə sürtmək ev sahibinə qarşı kobudluq kimi qiymətləndirilir. Masada yeməklərin boşqablara servisi işinə yalnız qadınlar baxır.
Hər loxmadan sonra çubuqlar bitişik olaraq yan bir şəkildə boşqabın kənarına masanın üzərinə qoyulmalıdır. Çubuqların boşqabın içərisinə qoyulmamasına diqqət göstərmək məcburiyyətindəsiniz. Çünki Yaponiyada cənazə mərasimlərində vəfat etmiş şəxsin plov boşqabı tabutun önündə, çubuqları plova dik şəkildə batırılmış olaraq qoyulur. Yemək zamanı boşqabın içinə qoyduğunuz çubuqlar ev sahibinə yas mərasimlərini xatırlada bilər. Ayrıca yemək çubuqlarını yeməyinizdə dik şəkildə tutmayın. Əks halda, qonaq olduğunuz evin sahibini və ya yemək yediyiniz restoranı lənətləmiş olarsınız.

Müəllif: anacan.az (Səfurə Rüstəmova)
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: