Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Dizaynın əhval-ruhiyyəyə təsiri

Müasir dünyamızda — yaşadığımız şəhərdə, gündəlik həyatımızda, işdə, küçədə və s. stres və diskomfortla rastlaşırıq. Səhər evdən çıxarkən şəhərin səs-küyündən, toz-dumanından yaxa qurtarmaq üçün işə tez çatmağa can atırıq. Dizaynın əhval-ruhiyyəyə təsiri İşdəki problemlər, yorğunluq, iş qayğıları dincəlməyə imkan vermir. Nəticədə arzuladığımız rahatlığı, komfortu öz evimizdə tapırıq. Buna görə insan öz evinin rahatlığına, komfortuna diqqət yetirir. Hər bir sahədə olduğu kimi interyerin dizaynında da mütəxəssis rəyinə ehtiyac duyulur. Necə demişlər: “Məsləhətli don geniş olar”.
İnteryer dizaynı hazırlayarkən, mənzil, ofis və s. olmasına baxmayaraq, burada ilk növbədə funksionallıq və estetik cəhətlər əsas götürülür. Vacib olan amil insanların tələblərinə cavab verəcək bir mühitin yaradılmasıdır. Ümumiyyətlə interyer dizaynı hansısa qanunauyğunluq prinsipləri əsasında qurulmur. Dizaynda əsas rolu insanın zövqü oynayır.
İnteryeri lazımi qaydada qurmaq üçün evin layihəsini, tipini nəzərə almaq lazımdır. Hər bir istənilən mənzili və ya ofisi layihəyə uyğun olaraq dəyişmək və əlavələr etmək mümkündür. Əsas insanda uzaqgörənlik və yüksək fantaziya olmalıdır ki, estetik gözəlliklə yanaşı, rahat və funksional şərait yarada bilsin!
Mənzildəki əşyaları müəyyən vaxtdan bir yerlərini dəyişdirmək, zövqlə yerləşdirmək insana müsbət enerji bəxş edir.

Müəllif: Dizayner Ramin Kərimov
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: