Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Bitki mənşəli ərzaq məhsullarının dizaynı

İnsan yarandığı gündən ətraf mühitlə arasında mövcud olan harmoniya ilə razılaşa bilmir. O, həmişə ətrafını dəyişməyə çalışır, təbiətə təcavüz edir, onu yenidən yaratmağa can atmaqla dəyişdirir və özü də dəyişilir. Yaratdığı gözəllik anlayışlarına və ya özünün yaratdığı yəni tələbatlara uyğun olaraq Allahın yaratdıqlarını da öz bildiyi, düşündüyü tərzə salır.
Belə yaradıcılıq növlərindən biri də bitki mənşəli məhsulların təbii formasının dəyişdirilməsidir. Bu dəyişdirilmələr müxtəlif məqsədlər güdür.
Məsələn, təbiəti çox sevən, səcdə edən, təbiətin gözəlliyindən çox böyük estetik zövq almağı bacaran yaponların yetişdirdikləri kuba, kubikə bənzər qarpızlar yaxud almalar ilk öncə insanda təəccüb doğurur, bu kubiklərin qarpız olduğuna isə hissiyyatımız öncə inanmaq belə istəmir. Biz qarpız deyəndə yumruya bənzər bir şey düşünməyə adət etmişik.
Axı nəyə lazımdır belə dizayn. Sən demə belə qarpızları daha rahat və daha çox yükləmək olur. Anbarda və vitrində səliqə ilə çox rahat düzmək olur. Belə qarpızlar az həcm tutur. Onları qutu kimi açıb süfrəyə verəndə çox rahat oturur, diyirlənmir. Doğrayıb boşqaba qoymaq asanlaşır, qabığını həm əllə, həm də maşınla təmizləmək, maşında doğramaq mümkün və asan olur.
Belə qarpızları yetişdirmək üçün onları kiçik vaxtlarından xüsusi qəlibə salırlar. Qarpızlar qəlibdə böyüyür. Bu üsulla həm balqabaq, həm yemiş, həm də digər məhsulları yetişdirmək olar.
Məsələn, belə qəlibləmə metodundan istifadə edən bir koreyalı fermer müxtəlif formalı, hətta üzərində istənilən fiqur və yazılar yazılmış göbələklər yetişdirir. Bu göbələklər 2004-cü ildə Cənubi Koreyada keçirilən Kulinariya Çempionatı zamanı təşkil edilmiş sərgidə geniş nümayiş etdirildi. Ağaclarda yetişdirilən bu göbələklərin müştəriləri daha çox idi. Hər bir aşpaz öz işlədiyi, bişirdiyi yeməyə uyğun formada göbələk sifariş verir və artıq bu göbələkləri doğrayıb formaya salmaq lazım gəlmir. Məsələn, sevgililər günü üçün ürək şəkilli göbələklərlə xörək bəzədilir və ya öncədən bəy və gəlin bürclərinin şəkli, ya adları həkk olunmuş göbələklər alınaraq bütün qonaqların xörəkləri belə bu şəkilli göbələklərlə hazırlanır.
Lakin belə qəlibləmə heç də yalnız əcnəbi ölkələrə xas olan xüsusiyyət deyil. Məsələ ondadır ki, yaponlarda, koreyalılarda yeni görünən belə qəlibləmə metodunun tarixi daha qədimdir və bu metodun əsl müəlliflik hüququ azərbaycanlılara düşür.
Uşaqlıqda ağzı dar iri balonların içərisində yemişi ilk dəfə görəndə çox təəccüblənmişdim ki, bu dar boğazdan yemişi bu balona necə salıblar. Sonra görəndəki, bostanlarda hələ kiçik qarpızı yemişi tağın rişəsi ilə bir yerdə şüşə balonlara qoyur onları balonlarda yetişdirirlər bu möcüzənin necə yarandığını başa düşdüm. Sən demə belə yemiş, qarpız qışa daha yaxşı saxlanır. Kiçik Çillə qadınlar bayramında (2-22 fevral) kəsilən qarpızların da bir qismi belə saxlanılırmış.
Beləliklə, qədimdən bizə məlum olan bu qəlibləmə metodu müasir dizaynda yeni bir yüksəlişdədir. Doğurdan da ən böyük yenilik, yaxşı unudulmuş köhnəliklərdir.


Müəllif: Tahir Əmiraslanov. Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru
Bitki mənşəli ərzaq məhsullarının dizaynı
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: