Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Kulinariya incəsənəti

Təbiətdə ən güclü qəbuledici, ən güclü analizator insan başıdır.
Bütün incəsənət nümunələri insana başda yerləşən 7 qəbuledici dəlikdən təsir göstərməyə çalışır. Musiqiçilər Allahın bəxş etdiyi 7 səs və onların qarışığı ilə iki qulaq dəliyindən, rəssamlar 7 rəng və onların qarışıqları vasitəsilə iki göz dəliyindən, parfümerlər (ətriyyatçılar) 7 ətir və onların qarışığı ilə iki burun dəliyindən insan duyğularına təsir göstərir. 7 dad və onların qarışığı vasitəsilə bir ağız dəliyindən insan təfəkkürünə edilən təsir barəsində isə çox az deyilib.
Hətta müxtəlif dinlərdə duaların, mantraların və s. oxunuş qaydaları, bəzi dərviş ordenlərində səsdən, ritmlərdən istifadə edilməsi, dövlət himnləri və s. yolla insan təfəkkürünə təsir etmək, onu Allaha, kosmosa açmaq, yaxud onu idarə etmək məqsədi güdür. Hələ İbn Sina musiqi ilə xəstəliklərin müalicəsi barədə yazır, səs-küylər isə insanın kosmosla, Allahla əlaqəsini kəsməyə xid-mət edir, səs ekologiyasını korlamaqla ilahi səsləri eşitməyə mane olur. Bəzi səslərlə insan zombiləşdirilir, hipnoz vəziyyətinə salınır.
İki göz vasitəsilə də insanın hisslərinə güclü təsir göstərilir. Bu təsir mənfi və müsbət ola bilər. Bəzi rənglər insanda xoş əhval ruhiyyə, bəziləri əsəb do-ğura bilir. Beynəlxalq konvensiyalara görə 24-cü kadrdan istifadənin qada-ğası buna bir sübutdur. Məsələ ondadır ki, filmdə bir hərəkəti görmək üçün həmin hərəkət 24 kadra çəkilir. Bunlardan birini çıxarıb, yerinə yalnız bir kadra nəyinsə reklamı yerləşdirilirsə, filmə baxan bu reklamı görmür, amma filmdən çıxan kimi gedib reklam olunan əşyanı alır. Rənglərdən, rənglərin dəyişməsindən istifadə də təlqin etmək üçün zombiləşdirmək, hipnoz etmək üçün istifadə edilir.
Sözlərin səslənməsi vasitəsilə qulaq dəliklərindən, yazıçı isə göz vasitəsilə beyinə eyni təsir göstərir. Hər iki formanın birgə istifadəsi isə təhsil sistemlərində istifadə edilir. Rənglərin, rəsm əsərlərinin müxtəlif məbədlərdə, muzeylərdə ifrat istifadəsi də rəng ekologiyasını pozur, təbiətdən gələn təbii rənglərlə verilən məlumatları qavramağa mane olur.
Ətirlərin insana təsiri, müalicəvi əhəmiyyəti əlbəttə ki, təkzibedilməz faktdır. Ətirlərin psixologiyası, onların təsiri ilə ayrıca bir sahə – parfümeri-ya (əttar) məşğul olur. Ətirlə şüuraltı təfəkkürə təsir etmənin nümunəsini biz sufi dərvişlərin ətirdən necə istifadə etmələrində, ətirlə müalicə vasitələrindən istifadədə görürük. Bir çox dinlər öz məbədlərində ətirlərdən istifadə etməklə insan beyninə müsbət təsir göstərməyə çalışırlar.
“İncil”də “İsa 28 pilləni 4 dəfəyə yeddi-yeddi çıxdı” ifadəni İsa insana 7 səs, 7 rəng, 7 ətir və 7 dadla eyni zamanda təsir etdi kimi anlasaq, İsanın bö-yük bir kütləyə yemək verməsini xatırlayacağıq. Bir çörəklə bu qədər insanı doyduran İsa burada çörəyi, yeməyi istehsal edən və paylayan kimi çıxış edir. Qidanın yalnız enerji və nutrient (zülal, karbohidrat və s.) olmadığını, həm də məlumat daşıyıcısı olduğunu nəzərə alsaq, İsanın bu 4 hissiyyat orqanına eyni zamanda təsirini biz İsanın yemək-içmək verdiyi anlarda ətrafındakılara çox güclü təsir göstərdiyini görərik.
Digər tərəfdən biz bu informasiyanın başda olan 7 dəlikdən girdiyini gö-rüb İsanı məcazi mənada baş kimi də qəbul edə bilərik.
5 məlumat kanalı (dadma, iyləmə, görmə, eşitmə, təmas) kamlama zama-nı şaman tərəfindən çox güclü istifadə edilir və şaman özünü şuurun dəyişən, fərqli səviyyəsinə çatdırır.
İnsanın ən güclü duyğularından biri də təmas duyğusudur. Qida insana 7 təmasla təsir göstərir: barmaqlar, dodaqlar, ağız boşluğu, dil, udlaq, mədə və bağırsaqlar. Qida bu orqanlarla təmasda olub müxtəlif duyğular yaradır. Uşaq kiçik vaxtlarında hər şeyi tez ağzına alır. Dünya haqqında məlumatı əli, dili, dodaqları və ağız boşluğu ilə alır. Əşyanın sorulmasından ifraz edilən tüpürcək– maye əşya haqqında məlumatla dolduqca udlağa, mədəyə və bağırsaqlara ötürülür. Beləliklə, elə uşaqlıqdan insan dünyanı yeməklə içindən keçirməklə onu anlayır.
İnsana, eyni zamanda bu yeddiliklərlə təsir edən yeganə peşə sahibləri kulinarlardır.
Buna görə də kulinariya incəsənətin başı hesab edilə bilər. Əgər musiqiçi yalnız iki qulaq özünün az müddət yaşayan və insanı yaşadan sənət əsərlərilə insanın ən azı dörd hissetmə orqanına təsir göstərir, ona estetik tərbiyə, həyat verir. Həm xörəyin rəngləri, quruluşu, forması vasitəsilə gözlərə, həm ətrilə buruna, həm dadıyla ağız boşluğuna həm də təmasla təmas orqanlarına təsir göstərir. Bir çox hallarda qonaq üçün qida qəbulunu təşkil edən kulinar-
lar musiqidən də istifadə etdikdə dördüncü hissə də, yəni qulaqlara da təsir göstərə bilirlər.
Beləliklə, əsl kulinar demək olar ki, sənət əsərini yaradarkən peyğəmbərlik səviyyəsinə qalxır. Buna görə də dünya xalqlarının kulinarlara qoyduqları ilkin peşəkar tələb mənəvi tələbdir. Mənəviyyatı çirkab içində olan adamın yeməyini yemək olmaz, çünki bu yemək dağıdıcı silaha çevrilə bilər.
İnsan musiqisiz, səssiz yaşaya bilər; kar adamlar buna bir misaldır. İnsan rənglərsiz də rəssamlarsız da yaşaya bilər; korlar buna timsaldır. İnsan ətir-lərsiz də yaşaya bilər, ətri duymayan adamlar da var. İnsan qidasız yaşaya bilməz. Təbiəti, dünyanı ağız boşluğu mədə-bağırsaqlar vasitəsilə anlamadan, onu içindən keçirmədən yaşamaq olmaz.
Buna görə bu sənətlərdən, incəsənətlərdən ən üstünü, həqiqi incəsənət ku-linariya incəsənətidir.
Kulinariya incəsənəti nümunələri digərlərindən fərqli olaraq daha həyati-dir, həyat kimi anidir, keçəndir, hər anda yeni və müvəqqətidir.
Digər incəsənət nümunələri həyatın rənglərini, səslərini, ətirlərini tutub saxlamağa çalışırlarsa, kulinariya incəsənəti nümunələri həyatın hər anı kimi təkrar olunmazdır.
Buna görə də kulinar, ilhamı yalnız sevgidən, məhəbbətdən alır. Sevgi xörəklərin ən əsas inqridienti, tərkib hissəsidir.
Ey insanlara bu qədər güclü təsir göstərən bəndələr Sizə İlahidən çox yüksək, az qala peyğəmbərlik səviyyəsi statusu verilib. Bu ada həm peşəkar kimi, həm də insan kimi layiq olmağa çalışın. İnsanların sağlamlığını, gözəlliyini, sevincini saxlayın, onları razı salın ki, Allah sizdən razı olsun.

Müəllif: Tahir Əmiraslanov. Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru
Kulinariya incəsənəti
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: