Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Hamiləlik zamanı necə yatmaq məsləhətlidir?

Hər bir insanın həyatı boyu müxtəlif fərdi vərdişləri yaranır. Onlardan biri müəyyən bir vəziyyətdə yatmaqdır. Bu ciddi bir vərdiş kimi görünmür, lakin hamilə qadınlar üçün çox vacibdir. Çünki yuxu zamanı bədənin bəzi mövqeyi hamiləliyə zərər verə bilər. Bir çox qadınlar üzüüstə yatmağı xoşlayırlar. Bəs hamilə qadın üzüüstə yata bilərmi? Əlbəttə ki, yox. Çünki bu təhlükəsiz deyil və bu hamiləliyin bütün aylarına aiddir. Hamilə bir qadın üzüüstə uzananda, onun bütün bədən çəkisi, uşaqlığa təzyiq edir və bu, ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə dərhal hamilə olduğunuzu öyrənəndən sonra bu vərdişdən uzaqlaşmalısınız. Hamiləlik zamanı necə yatmaq məsləhətlidir?
Arxasıüstə uzanmaq 25 həftədən sonra məsləhətli deyil. Çünki bu vəziyyətdə onurğa sütununun yaxınlığından keçən aşağı boş vena uşaqlıqla sıxılır və qan dövranı pozulur. Bu, ananın və uşağın həyatı üçün son dərəcə təhlükəli ola bilər. Bu halda qadın nəfəs çatışmazlığı, başgicəllənmə, halsızlıq, zəiflik hiss edə bilər.
Hamiləlik zamanı yatmaq üçün ən məsləhətli vəziyyət yanı üstədir. Hətta sol tərəfdə yatmaq daha məsləhətlidir. Həmçinin, orta mövqe almaq, yəni biraz arxaya doğru uzanmaq məsləhətlidir. Bu mövqeyi rahat saxlamaq üçün yanı üstə uzanarkən arxadan və ayaqları arasında yumşaq yastıq qoymaq tövsiyə olunur. Ayrıca ortopedik döşəkdə yatmaq məsləhətlidir. Bir neçə yastıq istifadə etməmək üçün hamilə qadınlar üçün xüsusi istehsal olunan yastıqlardan yararlana bilərlər. Bu yastıq bədəni rahatlaşdırır və hamiləyə istirahət etməyə kömək edir. Bu, "banan" və ya "L" hərifi şəklində, yumşaq doldurulması olan bir yastıqdır. Gələcək analar üçün tövsiyələr: rahat geyimdə yatın, yuxu zamanı narahatçılıq hiss edərsinizsə (beldə və yə qarında ağrı, ayaqlarda keyimə) mövqeyi dəyişdirin.


Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Hamiləlik zamanı necə yatmaq məsləhətlidir?
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: