Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Сinsi yolla ötürülən infeksiyalar

Hər cinsi həyatı aktiv olan insanın cinsi yolla ötürülən infeksiyalara yoluxmaq ehtimalı vardır. Cinsi yolla ötürülən xəstəliklərin simptomları gizli də ola bilər, diqqətə çarpan da. Əgər cinsi yolla ötürülən bir xəstəliyiniz olduğunu düşünürsünüzsə, ginekoloqa müraciət etməlisiniz. Bəzi cinsi yolla ötürülən xəstəliklər asan müalicə edilə bilər, digərlərinə isə daha uzun dövrlü bir müalicə lazımdır. Hansı olursa olsun, bu vəziyyətin düzgün qiymətləndirilməsi və müalicə edilməsi vacibdir. Eyni zamanda cinsi partnyoru da xəstəliyin varlığı haqqında məlumatlandırmaq tələb olunur. Əgər cinsi yolla ötürülən xəstəliklər müalicə edilməzsə, HIV kimi digər cinsi yolla ötürülən xəstəliklərə yoluxma riskiniz artar. Bəzi müalicə edilməyən cinsi yolla ötürülən xəstəliklər isə sonsuzluğa yol aça bilər.
Bəzi cinsi yolla ötürülən xəstəliklər barədə məlumat.
1 – Xlamidya - genital sistemdə meydana gələn bakterial bir infeksiyadır. Xlamidioz diaqnozu sizin üçün çətin olar, çünki bəzən xəstəliyin erkən dövrlərində heç bir əlamət olmur və ya çox az əlamət ola bilər. Əlamətlər xəstəliyə yoluxduqdan 1-3 həftə sonra ortaya çıxa bilər. Əlamətlər bunlar ola bilər: ağrılı sidiyə çıxma, qarının aşağı nahiyəsində ağrılar, uşaqlıq yolundan selikli-irinli ifrazat, uşaqlıq yolunda göynəmə.
2 - Süzənək - cinsi yolla ötürülən bakterial bir infeksiyadır. Süzənəyin ilk əlamətləri xəstəliyə məruz qaldıqdan etibarən, ümumiyyətlə, 2-10 gün ərzində ortaya çıxırlar. Yenə də bəzilərində əlamətlər aylarla ortaya çıxmır. Süzənəyə aid əlamətlər bunlardır: uşaqlıq yolundan çoxlu bulanıq və irinli ifrazat, tez-tez sidiyə çıxma, cinsi əlaqə zamanı ağrı, uşaqlıq yolunda göynəmə.
3 - HİV (AIDS) - immun sistemində meydana gələn bir infeksiyadır. HİV bədənin virus, bakteriya və xəstəliklərə səbəb ola bilən göbələklər ilə təsirli bir şəkildə mübarizə qabiliyyətinə zərər verir, xroniki və ölümlə sonlanan AIDS xəstəliyinə yol açır. HİV qadına ilk yoluxanda, heç bir əlamət göstərməyə bilər. HIV-ə bağlı olaraq bəzilərdə yoluxduqdan 2 - 6 həftə ərzində qripə bənzər bir əlamətlər inkişaf edə bilər. Erkən dövr HİV simptomları belədir: hərarət, baş ağrısı, yorğunluq, böyümüş limfa düyünləri. Bu erkən dövrün əlamətləri, ümumiyyətlə, 1 həftə ilə 1 ay içərisində aradan itir və başqa bir virus infeksiya ilə qarışdırıla bilər. Bu dövr ərzində xəstə çox yoluxucudur. HIV-ə daha davamlı və şiddətli simptomları yoluxduqdan 3-5 və ya daha çox il sonra ortaya çıxa bilir. Virus çoxalmağa və immunitet hüceyrələrini yox etməyə davam etdikcə, infeksiyaları və ya xroniki simptomları inkişaf etdirməyə davam edir.
4 - Genital Herpes - cinsi yolla ötürülən virus infeksiyasıdır. Herpes dəridəki və ya selikli qişadakı kiçik zədələnmələrdən bədəninizə daxil olur. Herpes virusu olan adamların çoxu, bunu bilmir, çünki bunun heç bir simptomu və ya əlaməti əvvəllərdə olmur. Genital herpesin simptomları belədir: xarici cinsiyyət üzvlərində və perianal nahiyəsində ağrı, qaşınma olur, sonra kiçik yumru səpkilər əmələ gəlirlər, qaşınma, səpkilərin yerində yaralar əmələ gəlir. Qadınlarda, yaralar vaginal sahədə, genital orqanların xaricində, anus nahiyəsində və ya uşaqlıq boynunda ortaya çıxırlar. Eyni zamanda, infeksiya keçənə qədər genital bölgədə ağrı və həssaslıq da hiss edilə bilər. Xəstəliyin ilk hissəsində baş ağrısı, əzələ ağrısı, hərarət kimi qripə oxşar simptomlar ola bilər. Bəzi vəziyyətlərdə yaralar keçsə belə, infeksiya aktiv və yoluxucu ola bilər.
5 - Genital ziyillər (HPV) - cinsi yolla ötürülən xəstəliklər arasında ən məşhurdur və human papillomavirus (HPV) adlı bir virusdan qaynaqlanır. Simptomları belədir: genital bölgədə kiçik bədən rəngində və ya boz rəngdə ziyillər, gül kələmi şəkildə bir çox ziyillərin birlikdə toplanması, genital bölgədə qaşıntı və narahatlıq hissi, cinsi əlaqə əsnasında qaşınma.Qadınlarda genital ziyillər vulvada, uşaqlıq yolunun divarında, xarici genital orqanlar ilə anus arasındakı sahədə və uşaqlıq boynunda yer ala bilərlər.
5 – Sifilis - bakterial bir infeksiyadır. Bu infeksiya genital orqanlara, dəriyə, selikli qişalara təsir edir, amma eyni zamanda, beyin və ürək kimi bədənin digər hissələrinə də təsir edə bilər. Sifilisın simptomları 4 mərhələdə meydana gəlir: ilk mərhələ, ikinci mərhələ, gizli mərhələ və üçüncü mərhələsi.
İlk mərhələ: əlamətlər infeksiyaya məruz qaldıqdan etibarən 10 gün ilə 3 ay içində ortaya çıxa bilər. İnfeksiyanın yoluxduğu sahədə kiçik, ağrısız bir yara (sifilis çibanı) çıxa bilər. İkinci mərhələ: sifilis çibanının ortaya çıxmasından 2-10 həftə ərzində ikinci mərhələnin simptomları meydana çıxar. Bunlar: bədənin hər hansı bir hissəsində qəpik böyüklüyündə qırmızı və ya qəhvəyi ləkələr, hərarət, yorğunluq. Gizli mərhələ: bəzilərində ikinci mərhələnin simptomları davam edir. Üçüncü mərhələ: müalicə edilməzsə, sifilis bakteriyası yayılaraq bir çox ciddi daxili orqanlara zərər verə bilər, hətta ölümə yol aça bilər.
Cinsi yolla ötürülən xəstəlikdən şübhələnirsinizsə, lazımlı müayinə üçün dərhal həkimə müraciət edin. Bu xəstəliklərin ciddi, həyati, təhdidedici sağlamlıq problemlərinə yol açmadan və başqalarına yoluxmadan, zamanında aşkarlanması və müalicəsi çox əhəmiyyətlidir.


Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Сinsi yolla ötürülən infeksiyalar
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: