Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Yumurtalıq kistaları

Yumurtalıq kistaları - yumurtalığın içində və ya üzərində yer alan, içləri maye ilə dolu kisəciklərdir. Yumurtalıqlar - uşaqlığın hər iki tərəfində yerləşən, badamvari orqanlardır. Bir çox qadınlar yumurtalıq kistalar ilə rastlaşa bilərlər. Əksər hallarda yumurtalıq kistlərinin çoxu xəstəyə heç bir narahatçılıq vermir. Və bəzi kistalar bir neçə ay ərzində müalicəsiz bir şəkildə keçir. Ancaq bəzi partlayan yumurtalıq kistaları ciddi simptomlar yarada bilər. Sağlamlığımızı qorumağımızın ən yaxşı yolu kistaların simptomlarını və növlərini bilərək, nizamlı müayinədən keçməkdir. Lakin yumurtalıq kistası olub olmadığı mövzusunda ancaq simptomlara güvənmək olmaz. Çünki kistanın olduğuna baxmayaraq, qadında heç bir simptomu olmaya bilər. Və ya simptomlar endometrioza, çanaq orqanların iltihabi xəstəliklərinə, boru hamiləliyə və ya yumurtalıq xərçənginə oxşarlıq göstərə bilər. Yəni, simptomları müşahidə etmək, bədəndəki dəyişiklikləri izləmək çox əhəmiyyətlidir. Əgər yumurtalıq kistası varsa, aşağıdakı simptomlardan bir və ya bir neçəsi müşahidə edilə bilər:
- aybaşı pozğunluğu (gecikmələr, vaxtından tez başlanması)
- çanaqda ağrılar (kəskin və ya davamlı)
- aybaşıdan əvvəl başlayan və ya bitməsinə yaxın ağrılar
- cinsi əlaqə zamanı ağrı
- aybaşıarası qanaxma, uşaqlıq qanaxmaları
- bəzi hallarda mədə bulanması, süd vəzilərin həssaslığı, hərarət
- böyük bir yumurtalıq kistası qarında narahatlıq hissi verə bilər. Əgər böyük bir kista sidik kisəsinə təzyiq edirsə, daha tez sidiketmə ehtiyacı hiss edə bilərsiniz.
Bu simptomlar varsa həkimə müraciət etməlisiniz.
Niyə kistalar yaranır? Və kistaların növləri.
2 növ funksional kista var.
1 – Follikulyar kista. Yumurtalıqlarda hər ay follikullar yetişirlər və LH səviyyəsinin artması nəticəsində partlayırlar. Bəzən normal bir follikul partlamır və böyüməyə davam edir və kistaya çevrilir, bu vəziyyətdə buna follikulyar kista deyilir. Bu o deməkdir ki, bu kista menstrual dövrün normal funksiyası zamanı meydana gəlir.
2 – Sarı cismin kistası. LH hormonu artdıqda və ovulyasiya baş verdikdə, çatlamış follikul, hamiləliyin davam etməsi üçün daha böyük miqdarda estrogen və progesteron ifraz etməyə başlayır. Bu dəyişmiş follikul artıq Sarı Cisim adlandırılır. Ancaq bəzən sarı cismin içinə maye yığılır və kista meydana çıxır.
Funksional kistalardan savayı digər kistalar da olur, lakin onlar daha nadirdir.
1 - Dermoid kista. Bu kistaların içlərində saç, dəri, diş kimi toxumalar olur. Nadir hallarda xərçəngə keçir, lakin böyüyərək yumurtalığı tam məhv edə bilərlər.
2 - Endometrioma (şokolad kisti). Bu kistlər endometriozun bir nəticəsi olaraq inkişaf edirlər. Endometrioz - uşaqlığın iç təbəqəsində olan və hər ay aybaşı qanaması şəklində çölə tökülən endometriumun bədəndə uşaqlıq xaricində bir yerə yerləşməsidir. Bu toxuma yumurtalığa yapışaraq orada kista şəklində inkişaf edə bilər.
3 – Cistadenoma. Bu kistalar yumurtalıq toxumasından əmələ gəlirlər və içlərində suya bənzər bir maye və ya selikli bir möhtəviyyat vardır. 17 sm-ə qədər böyüyə və yumurtalığın burulmasına səbəb ola bilər.
Ginekoloji və ultrasəs müayinə zamanı kistalar aşkar olunur. Əgər kistadan şübhələnirsinizsə, həkiminiz kistanın xüsusiyyətini və müalicəyə ehtiyacınız olub-olmadığını müəyyən etmək üçün irəli müayinələr (MRT, qan analizleri) istəyə bilər.



Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Yumurtalıq kistaları
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: