Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Sonsuzluq barədə məlumat. Mayalanma prosessi

Sonsuzluq - nizamlı cinsi əlaqəyə və hər hansı bir qorunma üsulu istifadə etməməyə baxmayaraq, 1 il ərzində uşaq sahibi ola bilməmə vəziyyətidir. Sonsuzluq - ciddi bir səhiyyə problemidir. İnsanın reproduktiv sistemi kompleks bir quruluşa malikdir. Hamilə qala bilmək üçün ovulyasiya və döllənmə proseslərinin qüsursuz çalışması lazımdır. Sonsuzluq tək bir səbəbə bağlı ola bildiyi kimi, bir neçə faktorun birləşməsi ilə də əlaqədər ola bilər. Xoşbəxtlikdən sonsuzluğun öhdəsindən gələ bilmək üçün etibarlı və təsirli bir çox müalicələr mövcuddur. Bu müalicələr cütün uşaq sahibi olma şansını artırır.
Bir çox cüt uşaq sahibi olma sınaqlarının ilk 6 ayında nəticə əldə etmirlər. Qorunmayan cütlərin 85% -də 1 il ərzində hamiləlik meydana gəlməsi gözlənilir. Sonrakı 36 ay ərzində, qalan cütlüklərin 50 %-də hamiləlik meydana gəlir. Əgər 1 ildən çox körpə sahibi olmağa çalışırsınızsa və sonsuzluq mövzusunda çox narahat olursunuzsa, həkimə müraciət edə bilərsiniz.
Həkimə daha tez müraciət etmənin səbəbləri: qeyri-müntəzəm və ya ağrılı menstruasiya, çanaqda xroniki ağrılar, endometrioz, mioma, aşağı sperma sayımı və ya cinsi problemlər. Ayrıca, infeksiyaların daha məşhur görülməsi də uşaqlıq boruların bağlanmasına səbəb olaraq sonsuzluğa yol aça bilər.
Reproduktiv sisteminin regulyasiyası və mayalanma prosessi.
Qadının beynindəki hipofiz vəzi hər ay yumurtalıqların fəaliyyətini tənzimləyir. Hipofiz hormonlarının (FSH - LH) təsiri altında yumurtalıqlarda hər ay bir (bəzən iki) dominant follikul böyüyür, diametri 18-22 mm-ə çatanda partlayır və nəticədə yumurta hüceyrəsi xaric olunur. Bu prosess ovulyasiya adlandırılır. Və 28-30 günlük menstural siklinın adətən 14-15-ci gününə düşür. Sərbəst qalan yumurta hüceyrəsi uşaqlıq borularına düşür və sərbəst qalmasından etibarən 24-48 saat ərzində mayalana bilər. Ovulyasiya günü olan cinsi əlaqə ilə hamiləlik şansı artır. Bu müddətdə hamilə qalmaq üçün, spermatozoidlərin yumurta hüceyrəsi ilə uşaqlıq borularında rastlaşması lazımlıdır. Spermatozoidlərin yumurta hüceyrəya çata bilməsi üçün kafi sayda, düzgün şəkildə və doğru istiqamətdə hərəkət edən spermaya ehtiyac vardır. Sağlam mayalanma baş verməsi üçün, qadın sağlam bir vaginal və uşaqlıq sahəsinə sahib olmalıdır. Yumurta hüceyrəsi mayalanmadan sonra uşaqlığın içinə yerləşir.
Bəzi cütlərdə bu mayalanma funksiyası pozulur, bəzi proseslər tərs gedir və nəticədə sonsuzluq yaranır.
Birinci (əsas) və ikinci sonsuzluq nə deməkdir?
Birinci Sonsuzluq: daha əvvəl hamilə qalmayanlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması. İkinci Sonsuzluq: daha əvvəl hamilə qalanlarda və ya övlad sahibi olub növbəti hamiləlik planlaşdılırmasına rağmən hamiləliyin olmaması.
Sonsuzluğun səbəbləri.
Cütlərdə sonsuzluq kişi, qadın və ya hər ikisindəki problemlərə bağlı ola bilər. Kişiyə bağlı səbəblər:
- Sperma sayının, hərəkətinin, normal nisbətinin bir və ya bir neçəsinin aşağı olması,
- Azospermiya (spermada heç diri spermatozoidlərin olmaması)
- Eyakulasiya (boşalma) problemləri
- İnfeksiyalar
- Kiçik yaşda keçirilmiş xəstəliklər
- Genetik problemlər
- Varikosel
Qadına bağlı səbəblər:
- Uşaqlıq borularının bağlı olması
- Ovulyasiya problemləri (hormonal, əməliyyata bağlı)
- Uşaqlığın daxili quruluşu ilə əlaqədar problemlər
- Endometrioz, submukoz mioma
Hamiləliyin baş tutmaması səbəbilə həkimə müraciət edən cütlüklərin təxminən 20 %-də edilən müayinələr nəticəsində heç bir səbəb tapıla bilmir.


Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Sonsuzluq barədə məlumat. Mayalanma prosessi
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: