Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Spermogramma (sperma analizi)

Sperma analizi sonsuzluq araşdırmalarının əhəmiyyətli addımlarından biridir. Analiz zamanı ümumi spermatozoidlərin sayı, hərəkətləri və morfoloji xüsusiyyətləri araşdırılır. Ayrıca verilən sperma nümunəsinin miqdarı, rəngi, leykositlərin varlığı və s. xüsusiyyətlər qiymətləndirilir. Sperma nümunəsi verildikdən sonra 30 dəqiqə içində araşdırılmalıdır. Kişi, sperma nümunəsi vermədən əvvəl 2 - 4 gün cinsi əlaqədə olmamalıdır. Nümunə klinikada verilməlidir. Ümumiyyətlə bəzi hallarda, diaqnozu dəqiq bilmək üçün 3 ay ərzində 2 və ya 3 sperma analizi tələb oluna bilər. Lakin ilk sperma analizi nəticəsi normaldırsa, təkrar analizlərə ehtiyac olmur.
Nəticədəki anormallıqlar kişinin problemlərin göstərir. Məsələn: spermatozoid sayı çox az və ya çox yüksəkdirsə, bu kişi sosuzluğuna işarə edə bilər. Spermanın turşuluq dərəcəsi və leykosit hüceyrələrinin varlığı da uroloji xəstəlikləri göstərir. Ancaq kişi sonsuzluğu ilə əlaqədar digər müayinələr də var. Spermogrammanın nəticələri sonsuzluğun səbəbini kifayət qədər göstərməyə bilər. Əgər analiz nəticəsində aşağı spermatozoidlərin sayı və ya anormal bir vəziyyət müəyyən olunsa, daha irəli araşdırmalara ehtiyac ola bilər.
Spermogramma üçün normal dəyərlər:
Eyakulyatın həcmi > 2.0 ml
Spermatozoidlərin sayi > 20 milion / ml
Ümümi sayi > 40 milion
Hərəkətliyi ~ 50%
Morfoloji normal ~ 30%
PH: 7,2 - 8
Spermogramma nəticələrin izahatı:
Normospermiya: spermatozoidlərin sayı, hərəkətliliyi və morfologiyası normal olması.
Oligospermiya: spermatozoidlərin sayının az olması.
Astenospermiya: spermatozoidlərin hərəkət azlığı.
Teratospermiya: normal morfoloji spermatozoidlərin sayı azalması.
Oligoastenoteratospermiya: spermatozoidlərin sayı, hərəkətlilik və morfologiyada problem olması.
Azospermiya: eyakulyatta heç spermatozoidlərin olmaması

Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Spermogramma (sperma analizi)
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: