Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Turşular üçün

Turşu hazırlamaq üçün ən ideal vaxt havaların sərinləməyə başladığı payız aylarıdır. Turşu sərin yerdə özünü tutduğundan isti yay günlərində turşu qoymaq eziyyetnizin hədər getməsinə, turşuların hələ hazır olmadan xarab olmasına gətirib çıxara bilər. Əgər evinizdə tutma bankalarınızı yerləşdirə biləcək ayrıca bir soyuducu və ya sərin bir yer varsa, hər mövsümdə bu işə başlaya bilərsiniz. Amma əsas məsələ otağın ümümi temperaturunun 20˚ C-ni keçməməsinə diqqət edin.
Qab - Adətən 3kq-lıq tərəvəz üçün 5 litrlik bir qab münasib hesab olunur. Mümkün olduğu qədər şüşə qablara üstünlük verilməsi, plastikdən uzaq qaçılması daha məsləhətdir. Çünki turşu suyu plastiklə kimyəvi reaksiyaya girə bilər. Turşuları istənilən ölçülü plastik su qabarında da qoya bilərsiniz. Bu qabların dar ağızlıqları turşunun təzyiqlə qabdan daşaraq havayla təmas etməsinin qarşısını alır. Turşu tam hazır olduqdan sonra onu açmaq istədikdə, suyunu biraz boşaldaraq, qabı ağzına yaxın bir yerdən kəsərək, içindəkiləri qapaqlı qablara yerləşdirib soyuducuya qoya bilərsiniz.
Turşu üçün seçilmiş bütün qabların ağzı içərisinə hava daxil olmasının qarşısını ala biləcək qədər sız bağlanmalıdır. Qab tər-təmiz olmalı, tərəvəzləri içinə yığmazdan əvvəl qaynar su ilə yaxalanmalıdır.

Su – Turşu üçün istifadə ediləcək suyun bir gün əvvəldən qaynadılıb hazır saxlanılması məsləhətdir. Bəzi reseptlərdə turşu suyunun qaynar olması tələb olunur. Bəzi reseptlərdə isə ümumiyyətlə sudan istifadə olunmur. Bu turşuların tərəvəzləri xırda-xırda doğranılır və üzərinə duz səpilir. Bir müddətdən sonra duzun təsirilə çıxan tərəvəzin öz suyu ilə birlikdə qablara yığılır.

Duz – Turşularda bir qayda olaraq süfrə duzu əvəzinə xörək duzundan istifadə olunur. Xörək duzu bir qədər çətin əridiyinə görə əvvəlcədən suya qatılaraq əridilməsi daha məsləhətdir. Duz turşuya dad verməkdən əlavə turşuda bakteriyaların yaranmasının da qarşısını alır. Əksər vaxtı 5 l-lik qab üçün 2 su stəkanı duz məsləhət görülür, lakin 1 litr suya bir su stəkanı duz da əlavə oluna bilər.
Duzun miqdarını müəyyən etmək üçün ən yaxşı vasitə yumurtadan istifadə edilməsidir. Duzlu suya bir yumurta qoyulur. Əgər yumurta suyun üzərinə çıxarsa, duz qədərindədir, əksinə yumurta qabın dibinə çökürsə, yavaş-yavaş duz əlavə edilərək yumurtanın suyun üzərinə çıxması təmin edilməlidir. Turşunun duzunu bir həftə sonra qabdan götürdüyünüz bir qaşıq suyun dadına baxmaqla da yoxlaya bilərsiniz. Əgər duzu azdırsa, qabın üzərindən tədricən duz əlavə etmək olar.

Sirkə - Turşular üçün əsasən üzüm sirkəsindən istifadə edilir. Sirkə turşuya dad verməklə yanaşı, bakteriya və kif göbələklərinin əmələ gəlməsinin qarşısını alır, tərəvəzlərin uzun müddət təzə qalmasını təmin edir. Normalda 5 l-lik qab üçün 1 su stəkanı sirkə nəzərdə tutulur. Amma bəzi reseptlərdə bu miqdar azala da bilər. Bu zaman limon suyu və ya limon duzundan istifadə nəzərdə tutulur, əks halda turşular tez xarab ola bilər.

Sarımsaq – Sarımsaq turşunu dadlı etməklə yanaşı, antibiotik xüsusiyyəti turşunun vaxtından əvvəl xarab olmasının qarşısını alır.




Müəllif: anacan.az( Səfurə Rüstəmova)
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: