Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Hamiləlikdə Hipotiroid

Hipotiroid- Qalxanabənzər vəzin az çalışması nəticəsində meydana çıxan, sonsuzluq səbəbləri arasında yer alan bir xəstəlikdir. Hipotiroidli bir qadın hamilə qalmışsa, öncədən tətbiq olunan tiroid hormon müalicəsi davam olunur. Müalicə olunmadığı halda ana və döl üzərində mənfi təsiri qaçılmazdır. Diaqnozda ən dəyərli test TSH ölçümüdür. Bütün hamilələrin hər trimesterində(hər 3ay tamamında) TSH ölçümü diaqnozun qoyulmasında, eləcə də ana və dölün sağlamlığına dəyə biləcək halların qarşısının alınmasında əvəzsizdir. Hamiləlik zamanı Hipotiroidit aşkarlanarsa hormon müalicəsinə başlanır. TSH və FT4 ilk timesterdə və bundan sonrakı ikinci və üçüncü trimestrlərdə ölçülməlidir. Hormon müalicəsi hipotiroidit səbəbindən ortaya çıxa biləcək riskli halları ən aza endirir. Aparılan araşdırmalar hamiləliyin 13-28 həftələri arasında müalicə görmüş qadınların və körpələrinin doğumdan sonra hər hansısa anormallıqla qarşılaşmadığını isbatlamışdır. Müalicə olunmadığı hallarda isə 10-20% anadangəlmə anormallıqlar, 20% mental pozğunluq, 50-60% isə mental və somatik inkişaf pozğunluqlarına rastlanmışdır.

Müəllif: Endokrinoloq Dr. Qasımova Günay
(+99455) 223 32 78 ; (+99451) 604 12 24
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: