Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Ata - gözəl nümunə

Uşaqların həyatında ana - atalarının xüsusi yeri var. Uşağın davranışında, başqaları ilə rəftarında, xarakterinin formalaşmasında, təlim-tərbiyə qazanmasında valideynlər açar rolunu oynayır. Hər bir valideyn övladı üçün ən gözəl nümunədir. Bəzən Azərbaycan cəmiyyətində bu rol, vəzifə daha çox analara yüklənilir və uşağın tərbiyəsində ananın həlledici rola malik olduğu qəbul edilir. Lakin bu, belə deyil. Ana və ata olaraq hər bir valideynin öz övladı qarşısında vəzifə və öhdəlikləri var. Uşağın davranışına, tərbiyəsinə hər iki valideyn də cavabdehdir. Xüsusi bir məqama diqqət çəkmək istəyirəm ki, qız övladı daha çox anayla, oğlan övladı isə daha çox atayla vaxt keçirməli və ondan nümunə götürməlidir.
Bəs, valideynlər hər zaman övladları üçün yaxşı nümunə olurlarmı? Təəssüf ki, bu, bəzən belə olmur. Ata övladları üçün qoyduğu qadağalara bəzən özü əməl etmir. Və övladının bu qayda-qanunlara tabe olmamasından şikayətlənir, günahkar axtarır. Əslində isə o günahkar heç də uzaqda deyil. Ata əvvəlcə öz davranışını təhlil etməlidir. Bəzən belə bir hala rast gəlirik ki, ata özü hər hansı bir mənfi vərdişə malikdir. Məsələn, o, siqaret çəkir, amma övladına bunun zərərli bir vərdiş olduğunu izah etməyə çalışır. Əlbəttə, övladı onun bu izahını, qadağasını qəbul etməyəcək! Çünki ata bunu davranışında deyil yalnız sözündə ifadə edir. Onun özü bu cür mənfi davranışa yol verdiyi üçün onun sözü övladı üçün təsirli olmayacaq.
Bundan başqa, ən çox rastlaşdığımız problemlərdən biri uşaqların çox aqressiv, əsəbi olmasıdır. Bu zaman ilk olaraq valideynlə işləmək lazımdır. Uşaq evin güzgüsüdür. Onun aqressiyasının səbəbkarları arasında valideynləri də var! Bu cür problemlərdə ailənin uşağa fiziki cəza verdiyini, qışqırdığını və s. görürük. Əslində uşaq onları təqlid edir. Valideyn uşağa səsini yüksəldərək qışqırmağın yanlış bir davranış olduğunu söyləməyə çalışır. Amma o, özü artıq davranışı ilə mənfi nümunədir. Çünki uşaq düşünə bilər ki, əgər qışqırmaq, vurmaq pis bir hərəkətdirsə mənim nümunəm-anam - atam nə üçün bunu edir? Uşaq çaşğınlıq və ziddiyyət içərisində qalır və doğru nəticə çıxara bilmir. Bu səbəbdən də valideynlər uşaqlarına hər hansı bir davranışı aşılamaq istəyirlərsə, bunu sözləri ilə deyil, davranışları ilə nümayiş etdirməlidirlər.

Müəllif: Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik-psixoloq Nuriyyə Quliyeva
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
buy_cialis 24 noyabr 2016 10:57
You can appear a buy cialis dose for bph for several drops, and mention opportunity of your field.
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
generic 25 noyabr 2016 19:36
Deposits can and do reaction costly abdomen and cialis generic order online bad experience for daily use, it is out there!
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: