Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

İş gigiyenası

Zehni əməklə məşğul olan insanlar iş yerindəki şəraitə aid gigiyenik tələbləri bilməlidirlər. Alimlər iddia edir ki, iş yerindəki şərait mərkəzi sinir sisteminə təsir edir. Ofis işçisi əlinə buterbrod, bir fincan çay götürərkən və ya işə gələndə qəzet alarkən onlarla bərabər milyonlarla bakteriya götürür. Barmağın ucundan dirsəyə qədər olan nahiyədə 2-10 milyonadək bakteriya daşıyırıq. Onlardan bəziləri faydalıdır, çünki immun sistemini bərkidir, bəziləri isə xəstəlik və infeksiya mənbəyidir. Zehni əməklə məşğul olanlar bəzən otağın havasının təmiz olmasına fikir vermirlər. Tütün tüstüsü ilə qarışmış hava siqaret çəkməkdən daha zərərlidir, çünki, insan siqareti çəkib qurtarandan sonra hələ uzun müddət onun tərkibindəki nikotinlə nəfəs alır. Havası təmizlənməmiş yer rütubətli və boğuq olur, çünki, havaya müxtəlif qazabənzər zərərli maddələr (ammiak, hidrogen sulfid və s.) qarışır. Bu maddələr ağ ciyərlərdən ayrılan qaz mübadiləsi məhsulları, eləcə də dərinin ifrazı, çirkli alt paltarları və geyimlər, çürümüş yemək qalıqları və müxtəlif tullantılar nəticəsində əmələ gəlir.
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: