Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Hamiləlik zamanı stresslər

Hamiləlik zamanı stresslər.

Hamiləlik müddəti həm qadın həm də ailəsi üçün xüsusi və fərqli bir dövrdür. Bu dövrdə hamilə qadının bədənində, hisslərinda, və həyat tərzində dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər iş və yə ailə həyatında bir çox çətinlik yaşayan qadına yeni stresslər yaradır. Bütün insanlar üçün olduğu kimi hamilə bir qadın üçün də stress zərərli ola bilər. Həddindən artıq stress halsızlıq, yorğunluq, yuxusuzluq, narahatlıq, iştahta artma ya da azalma, baş və kürək ağrılarına yol aça bilər. Yüksək səviyyədə stress uzun müddət davam edəndə yüksək təzyiq və ürək xəstəlikləri kimi problemləri özü ilə gətirə bilər. Hamiləliklə bağlı ortaya çıxan ürəkbulanması, qusma, tez-tez sidiyə çıxma, bel ağrısının, əllərdə və ayaqlarda şişkinlik kimi əlamətlər hamilə qadın üçün stress qaynağı ola bilər. Hamiləlik müddətində ortaya çıxan hormonal dəyişmələr qadının psixoloji vəziyyətində dəyişikliklərə səbəb ola bilər.

Hamilə qadın və yoldaşını stressə gətirən əhəmiyyətli bir faktor də körpələrinin saqlamlığıdir. Körpənin sağlam olub olmadığı bütün qadınlarının bütün hamiləlik müddəti boyunca narahat edən sualıdır. Bununla birlikdə xüsusilə ilk hamiləliyini yaşayanlar doğuş müddəti və doğuş şəkli ilə əlaqədar olaraq da çətinliklər yaşayarlar. Qadınların bir çoxu doğuş sancıları ilə başa çıxa bilməyəcəyini, rahat bir doğuş edə bilməyəcəyini və körpəsinə zərər verə biləcəyini düşünürlər. Bu səbəblərə əlavə narahat edən bir başqa faktor - iqtisadi faktorlardır. Körpənin doğumu və sonrasındakı xərclər sırasında çətinlik yaşayacaqları qorxusu gələcəyin valideynlərini narahat edir. Xüsusilə son illərdə bütün dünyada yaşanan iqtisadi krizislər səbəbiylə işsiz qalma qorxusunun da əlavə yaşanan stressin artmasına səbəb olmuşdur.

Bütün bu stresslər hamiləlik riskləri qat-qat artırırlar. Stress erkən doğuş və aşağı kilolu körpəni dünyaya gətirmə riskini artırdığını göstərir. Erkən doğan körpələrin kilolarının aşağı olması normal deyil. Stress zamanı organizmdə ifraz olan maddələr plasentaya gedən damarlarda daralmağa səbəb olaraq körpəyə daha az oksigen və qida maddəsi getməsinə səbəb olurlar. Bu vəziyyət dölün inkişafına təsir edə bilər.

Hamiləlik zamanı stressi necə azaltmaq olar?
Hər hamilə qadın xüsusi və iş həyatındakı stress qaynaqlarınına mübarizə üsulları inkişaf etdirməyə çalışmalıdır. Hamilə olsun ya da olmasın hər qadın əgər sağlam və güclü isə stress ilə daha asan mübarizə edə bilər. Bu səbəblə hamilə bir qadın sağlam qidalanmalı, kifayət qədər yatmalı, və məşq etməlidir. Məşq qadının güclü olmasını təmin və yorğunluq, halsızlıq və bel ağrıları kimi hamiləlik ilə əlaqədar narahatlıqlarını azaldır. Qadının həyat yoldaşı, ailəsi və iş yoldaşlarının dəstəyi də son dərəcədə əhəmiyyətlidir. Yaxın insanlar hamilə qadına dəstək ola biləcəkləri kimi, işlərində köməkçi olaraq da qadının yaşadığı stressin azalmasına köməkçi ola bilərlər. Hamiləlikdə bəzi stress ilə mübarizə üsulları vardır. Hamiləlik zamanı stress ilə başa çıxmaq üçün: istirahət üçün gün ərzində özünüzə zaman ayırın və günün bir hissəsini telefon, televizor kimi cihazlardan uzaq olun; yavaş, dərin və ritmik bir şəkildə nəfəs alıb verin; körpənizə gözəl sözlər pıçıldayın, sakit musiqi dinləyin.Əgər stress davam edərsə, hamilə həkiminə və ya onun təklif edəcəyi bir psixoloqa müraciet edə bilər.



Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Hamiləlik zamanı stresslər
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərhlər
Offline fira 21 dekabr 2015 12:16
hamilelyimin 10 cu həftəsinə təzə keçmişem.1 heftediki güclü stresslər yaşadım.biraz agrilarim var ama guclu agrilar deyil.sizce bu hamileliyime pis tesir edermi?
Bəyəndim! 0 Bəyənmədim!
SİTAT GƏTİR         
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: