Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Doğuşun dövrləri

Doğuş - təbii bir prosesdir. Hər qadının doğuşu fərdi olaraq keçir. Bəzi hallarda doğuş saatlarla sürər, bəzilərində daha qısa olur. Əslində doğuşun üç dövrü var.

1 dövr. Doğuşun ilk dövrü uşaqlıq boynunun açılması və incəlməsi ilə körpənin doğuş kanalına irəliləməsini təmin edir. Bu doğuşun 3 dövrlərin arasında ən uzun olan dövrdür. Və bu dövr 2 fazadan ibarətdir.
1 - Latent faza. Bu müddətdə uşaqlıq boynu genişləməyə başlayır və yüngül - güclü sancılar ola bilər. Bu sancılar 30 ilə 60 saniyə arasında davam edə bilərlər və hər 5 ilə 20 dəqiqə arasında baş verirlər. Uşaqlıq boynu açıldıqca uşaqlıq yolundan çoxlu selikli-qanlı axıntılar gələ bilər. Bu dövrdə qadın səbirli olmalıdır. Xüsusilə ilk dəfə doğuş edənlər üçün bu dövr saatlarla və ya günlərlə davam edə bilər. İlk doğuşu olmayan analar üçün isə daha qısa müddət ola bilər.Qadın sancıların gücü və tezliyi artana qədər özü nə edə bilər? Bir çöx qadınlar üçün latent faza çox narahat edici deyil. Qadın ev işi etmək, gəzintiyə çıxmaq, gündəlik fəaliyyətini davam edə bilər. Eyni zamanda sadalananlar da köməkçi olur: ilıq duş qəbul etmək, rahatlaşdırıcı və sakit musiqilər dinləmək, nəzakətli bir masaj etdirmək,yavaş və dərin nəfəs almaq, mövqeyi dəyişdirmək, su və meyvə suyu içmək, yüngül və sağlam qidalar yemək.

2 – Aktiv faza. İndi əsl doğuş başlayır. Aktiv faza əsnasında uşaqlıq boynu 10 santimetrə qədər açılır. Sancılar daha güclü olur və daha uzun sürür. Aktiv dövrün sonuna doğru sancılar heç bitməyəcəkmiş kimi hiss olunur. Qadının kürəyində da artan bir təzyiq hissi olur. Təxmini olaraq aktiv faza 6-8 saata qədər sürər. Bəzi qadınlarda bu müddət bir neçə saat daha davam edə bilər. Daha əvvəl doğuş etmiş bəzi qadınlar üçün isə bu müddət daha qısadır.

Nə etmək olar?
Cəsarət və dəstək üçün həkim ilə söhbət etmək, böyüyən narahatlığı azaltmaq üçün nəfəs alma və istirahət texnikalarını tətbiq etmək olar. Mövqeyi tez-tez dəyişdirmək, nəmli bir bezi alnınıza söykəmək, sancılar arasında massaj etdirmək. Əgər gücvermə hissi yaranarsa, onu həkim deyənə qədər saxlamaq lazım. Sürətli nəfəs almaq və üfləmək faydası vardır. Erkən gücvermə başlamaq doğuşu gecikdirə bilər, uşaqlıq boynunun cırılmasına səbəb ola bilər və ya başqa problemlər yaradar.

2 dövr. Bu körpənizin dünyaya gəlişi dövrüdür. Bu dövr 15-20 dəqiqə ilə 1 saat arasında davam edər. İlk dəfə doğuş edənlər və epidural anesteziya olanlar üçün bu process bir qədər çox davam edə bilər. Bir çox qadınlar doğuş yatağınd uzanarkən gücverməni seçərlər. Bəziləri üçün isə oturmaq daha rahatdır. Yəni, ən uyğununu tapana qədər fərqli mövqeləri sınamaq olar. Bəzi anlarda daha nazik bir şəkildə gücvermə tələb oluna bilər. Yavaşlama vaginal toxumaların kifayat qədər gərilməsini təmin edir.

3 dövr. Körpə doğulduqdan sonra qadın böyük bir rahatlamanı hiss edir. Körpəni qarının üstündə saxlaya bilir. Lakin doğuş hələ bitmədi. Doğuşun üçüncü dövründə həkim cifti almalıdır və qanaxma nəzarət altında olduğundan əmin olmalıdır. Cift 5-10 dəqiqə ərzində alınır. Bəzi hallarda dövr 30 dəqiqəyə qədər çəkə bilər.Yüngül sancılar ola bilər. Həkim uşaqlığın daralması və ciftin çıxması üçün qarının aşağı nahiyəsinə masaj edə bilər. Uşaqlıqda qalan hər bir parçanın alınması lazımdır ki qanama və ya infeksiya olmasın.



Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Doğuşun dövrləri
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: