Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Qeysəriyyə kəsiyi əməliyyatı

Qeysəriyyə kəsiyi əməliyyatı - qarın nahiyəsində və uşaqlıq üzərində aparılan bir kəsik vasitəsilə körpənizi ana bətnindən xaric edilməsi bir yoludur. Bəzi əməliyyatlar hamiləliklə əlaqədar ağırlaşmalara və ya uşaqlıqda çapıq olduğuna görə planlanır. Ancaq bəzi hallarda qeysəriyyə kəsiy əməliyyatına göstəriş doğum başlayana qədər ortaya çıxmır. Bəzi vəziyyətlərdə qeysəriyyə kəsiy normal doğuma görə daha etibarlı bir üsuldur.

Hansı hallarda həkiminiz qeysəriyyə kəsiy əməliyyatı təklif edə bilər:
1- Uşaqlığın üzərində daha öncə əməliyyətlar olubsa, yani çapıq varsa. Məsələn: keçmişdə qeysəriyyə kəsiy, miomektomiya (böyük ve ya çoxlu düyünlər), əvvəlki doğuş zamanı uşaqlığın cırılması və s.
2 - Normal doğuşa mane olan müxtəlif vəziyyətlər varsa. Məsələn: dölün köndələn vəziyyəti, dar çanaq, dölün çəkisinin 4500-4800 gr artıq olması, çanağın deformasiyaları, uşaqlığın və uşaqlıq yolunun inkişaf qüsurları və s.
3 - Dölün çanaq gəlişi olursa.
4 - Döl tərəfindən göstərişlər varsa. Məsələn: dölün inkişaf qusurları və inkişafdan ləngiməsi, dölün kəskin hipoksiyası və s.
5 - Digər göstərişlər. Məsələn: cift gəlişi, doğuş zamanı baş verən qanaxma, ağır hestoz, doğuş fəaliyyətinin zəifliyi, çöxdöllü hamiləlik, ananın ekstraginetal ciddi xəstəlikləri (şəkərli diabet, ürək xəstəlikləri) və s.

Bəzi qadınlar ilk doğuşla ortaya çıxa biləcək ağırlaşmalardan uzaq dayanmaq üçün qeysəriyyə kəsiy əməliyyatını tələb edə bilərlər. Lakin, bu qadınlar bilməlidirlər qeysəriyyə kəsiy əməliyyatından sonra yaxşılaşma müddəti normal doğuşdan daha uzun sürər. Digər bütün əməliyyatlar kimi qeysəriyyə kəsiy də bəzi ağırlaşmalara səbəb ola bilər: endometrit, qanaxma, sidik yolu infeksiyası, anesteziyadan sonra bəzi qadınlar baş ağrısı yaşaya bilər.

Qeysəriyyə kəsiyi əməliyyatdən öncə anestezioloqun konsultasiyası olacak. Və həkiminiz qan analizləri, USM təyin edecek. Əksər hallarda spinal və ya epidural anesteziya tətbiq edilir. Təcili bir vəziyyətdə, ümumi anesteziya də tətbiq oluna bilər. Əməliyyət təxminən 30 dəqiqə ilə 1 saat arasında davam edir.Həkim qarının aşağı nahiyəsində üfüqi bir kəsik edir. Sonra uşaqlığın alt seqmentindən bir kəsik edib körpəni xaric edir və o andan etibarən körpənizi qucağınıza götürə bilməsizsə belə onu dərhal görə bilərsiniz. Əməliyyatdan sonra bir çox analar və körpələr xəstəxanada təxminən 2-3 gün qalarlar. Əməliyyətdan sonra bir neçə həftə ərzində fiziki hərəkətlər çətin olacaq. Bu səbəblə əməliyyatdan sonra sizə evdə köməkçi lazım olacaq. Əməliyyat və əmizdirmə zamanı itirilən mayeləri bərpa etmək və qəbizliyin qarşısını almaq üçün bol maye istehlak etməlisiz. Cinsi əlaqədən 6 həftə uzaq durmalısınız.

Həkiminizlə hansı hallarda təcili əlaqə saxlamalısınız: 37.5- 38 dərəcədən yüksək həraret, qarında kəskin ağrı, kəsik yerində qızartı, şişkinlik, ifrazat, uşaqlıq yolundan həddindən artıq qanaxma olsa.
Əgər normal doğuş yerinə qeysəriyyə kəsiyi əməliyyatı olduğunuz üçün özünüzü pis hiss edərsizsə, özünüzə körpənizin və öz sağlamlığınızın doğumun üsulundan daha əhəmiyyətli olduğunu xatırladın. Çünki nəticə ikisində də eynidir, evinizə körpənizlə birlikdə dönəcəksiniz.



Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Qeysəriyyə kəsiyi əməliyyatı
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: