Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev

Vaxtından əvvəl doğuş

Normalda hamiləlik təxminən 40 həftə davam edir. 37ci həftədən əvvəl başlayan sancılar və uşaqlıq boynunun açılması vaxtından əvvəl doğuşun əlamətləridir. Erkən doğuşun qarşısı alınmazsa, körpəniz dünyaya vaxtından çox erkən gələ bilər. Və doğuş nə qədər erkən olsa, körpəyə aid risklər (aşağı kilolu körpə, uşağın tam inkişaf etməmiş orqanları, infeksiya yoluxma riski və s.) o qədər çox olur. Vaxtından erkən doğulan uşaqlarda gələcəkdə öyrənmə çətinlikləri, inkişaf pozuqluqları və davranış problemləri yaşana bilər.Nə zaman erkən doğuşun riski artır. Ümumi risk faktorları belədir:
daha öncə erkən doğuşları olan hamilələr; çoxdöllü hamiləliklər;
uşaqlığın və uşaqlıq boynunun qusurları;
cift ilə bağlı bəzi vəziyyətlər;
dölyanı maye ilə bağlı vəziyyətlər (azsululuq, çöxsululuq);
infeksiyalar;
hestoz, hipertoniya və şəkərli diabet;

şiddətli stress. Bəzi qadınlarda heç bir risk faktoru olmasa da erkən doğuş ola bilir.

Erkən doğuşun qarşısını almaq mümkündürmü mü?
Bunun qəti bir qarantisi yoxdur, amma bəzi məsləhətlər vardır.

1. Hamilələk zamanı müntəzəm olarak müayinələrdən keçmək şərtdir. Daimi prenatal müayinələrdə (USM, qan və sidik analizleri) həkiminiz sizin və körpənizin sağlamlığını yoxlayır. Sizi narahat edən hər cür əlamət ilə bağlı mütləq həkiminizə müraciət edin.

2. Düzgün və sağlam qidalanın. Hamiləlik zamanı fol turşusu, kalsium, dəmir, zülal və digər əhəmiyyətli maddələrə ehtiyacınız vardır. Hər gün həkiminiz təyin edən prenatal vitaminı qəbul edin.

3.Xroniki xəstəliklər, məsələn, şəkərli diabet, böyrək xəstəlikləri və hipertoniya (yüksək təzyiq) vaxtından əvvəl doğuşun riskini artırarlar. Ona görə bu vəziyyətləri hamiləlik zamanı həkiminiz nəzarət altında tutmalıdır.

4. Əgər erkən doğuşa aid olan işarə və ya semptomlar baş versə təcili həkiminizə müraciət edin. Çünki əksər hallarda vaxtında başlayan müalicə erkən doğuşun qarşısını ala bilər.

5.Cinsi əlaqə barədə həkiminiz ilə məsləhətləşin. Çünki bəzi vəziyyətlərdə cinsi əlaqədə olmaq qadağandır, məsələn, vaginal qanaxma, ciftin aşağı yerləşməsi və sair.

6. Stresslardan uzaq durun. Gün ərzində istirahət üçün zaman ayırın. Ehtiyacınız olduğunda kömək istəməkdən çəkinməyin.

Vaxtından əvvəl doğuşun əlamətləri nələrdirlər?
Bəzən bu simptomlar yalançı ola bilər. Bunlar: qarında və bel nahiyasində daimi ağrılar, aralıq sahəsində təzyiq hissi, uşaqlıq yolundan çoxlu selikli və sulu axıntı, uşaqlıq yolundan qanlı ifrazat. Bu simptomları olan hamilə dərhal həkimə müraciət etməlidir və əksər hallarda xəstəxanaya hospitalizasiya olunmalıdır. Hamiləyə yataq istirahəti tövsiyə edilir. Xəstəxanada vəziyyəti qiymətləndirmək üçün USM olunur. Ayrıca ağrıları və qanaxmanı dayandırmaq üçün dərmanlar təyin edilir. Bəzi hallarda, sancılar baş veribsə, erkən doğuşun qarşısını almaq alınmır. Bu halda ana və körpə tərəfindən diger ağırlaşmaların riskin azaltmaq üçün müalicələr aparılır. Doğuş 34 həftəyə qədər olarsa körpənin ağciyərlərini hazırlaştıran steroid dermanlar təyin olunur. Ümumiyyətlə bəzən vaxtlarından əvvəl doğulan körpələrin doğuş sonrası bir müddət xəstəxanada qalmaları da vacibdir.



Müəllif: Həkim mama-ginekoloq, tibb elmləri namizədi Nərminə Əskərova
Vaxtından əvvəl doğuş
0
Hörmətli ziyarətçi! Siz saytı qonaq qismində ziyarət edirsiniz. Saytın bütün imkanlarından istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməyinizi tövsiyyə edirik.
Şərh əlavə et
Adınız: *
E-mail ünvanınız: *
Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Təhlükəsizlik kodu:Kodu yenilə
Kodu daxil edin: