Anacan.AZ > SAĞLAMLIQ / Psixologiya > Kökəlmədə psixoloji amillərin rolu

Kökəlmədə psixoloji amillərin rolu


26-12-2016, 22:37. Müəllif: tural Kökəlmədə psixoloji amillərin rolu çox böyükdür. Burada ən əsas rol oynayan faktorlardan biri orqanizmdə sintez olunan kartizol hormondur. Bu kartizol hormonlar səhər-səhər saat 6-da sintez olunur və orqanizmi stressə salır. Yəni, səhər-səhər bizi yuxudan oyanmağa məcbur edir, bizi qaldırmağa cəhd edir ki, biz qalxaq. Biz artıq ilk stressi buradan alırıq. Ondan sonra artıq orqanizm səhər yeməyinə qalxmağa başlayır. Elə insanlar var ki, səhər yeməklərini yemirlər, düzənli şəkildə qidalanmırlar və orqanizmlərini özləri də bilmədən stressə salırlar. Kökəlmə faktorlarının başında duran ən başlıca səbəb insanlarda psixoloji pozğunluqların yaranmasıdır. Yəni, onlar özlərindən razı qalmırlar. Çünki, güzgüyə baxanda, köhnə paltarlarını görəndə özlərini sanki, o dövrdəki kimi hiss etmək və o vəziyyətdə görmək istəyirlər. Bu da onları stressə salan amillərdən biridir. Orqanizmdə belə-belə stress faktorları, mikrotravmalar yığılır və makrotravmaya çevirir və partlayır. Partlama isə o deməkdir ki, insanlar yalnız yemək yeməyə meyilli olurlar. Elə insanlar var ki, psixoloji təsir altında olduqda yeməyə daha çox meyilli olurlar. Bu da orqanizmdə olan hormonal-dizbalansdan əmələ gəlir. Elə insanlarda var ki, əksinə depressiyaya düşürlər və yeməkdən imtina edirlər. Dietdə doğru bilinən yanlışlar vardır ki, məsələn, elə insanlar var ki, ac qalaraq diet tutsam, kilolardan qurtulacağam deyə düşünür. Amma, bu tamam yanlış bir düşüncədir. Bu zaman həm metebolizmamızı pozuruq, həm də orqanizmimizi stressə salırıq. Əgər orqanizmdə piylənmə gedirsə, bunun başlıca səbəbi orqanizmdə gedən metebolik-hormonal pozğunluqdur. Arıqlamaq üçün ən vacib şərtlərdən biri düzənli, düzgün qidalanmaqdır. Dieta sözünün mənası sağlam həyat tərzi deməkdir. Əgər bir insan sağlam həyat tərzi sürmürsə, yəni səhər yeməyini yemirsə, aktiv idmanla məşğul olursa, bu zaman da orqanizm stressə düşür. Çünki, orqanizmə lazım olan vitaminləri, proteinləri, mineralları vermirik və orqanizm öz tərkibində olan zülal deposunu istifadə etməyə başlayır. Səhər yeməyində alınan kalori gün ərzində heç bir qidadan alınmır. Çünki, orqanizm səhər saat 6-dan kartizal hormonun təsirindən oyanmağa başlayır. Orqanizm oyanmalıdır və bütün hormonlar ardı-ardına sintezlənməlidir. Saat 6-dan sonra yemək yeməyin deyilməsinin bir səbəbi var. Saat 6-dan sonra stressə girən orqanizmdə yavaş-yavaş hormonların səviyyəsi enməyə başlayır, metebolizmanın sürəti zəifləyir. Saat 6-dan sonra yemək yeyib otursaq, yəni heç bir aktiv idman novü ilə məşğul olmasaq, o bizim bel çevrəmizdə depo şəklində yığılacaq. Çox insanlar səhər iştahları olmadıqlarını düşündüklərindən yemək yemirlər. Amma, əslində onlar özlərinə psixoloji olaraq təsir edirlər. Belə insanlar səhər qidanalanmadığından, orqanizm ac olduğundan, metebolizmanın sürəti zəif olur. Oraqnizm qida qəbul etməlidir ki, metebolizma işə düşsün. Səhər yeməyi düzgün şəkildə yeyilsə, günorta və axşam yeməyi öz normasında qəbul ediləcəkdir.

Müəllif: Dietoloq Nura Sadiqova
Müxbir: Aysu Gülməmmədli
Geri dön