Anacan.AZ > HAMİLƏLİK / Problemlər > Hamiləlik zamanı yaranan depressiya halları

Hamiləlik zamanı yaranan depressiya halları


23-11-2016, 11:52. Müəllif: tural Təəssüf ki, biz bəzi hallarda hamilə qadınlar tərəfindən depressiya halları ilə rastlaşırıq. Əlbəttə ki, bu normal bir hal deyil. Amma, hamiləlik zamanı, əsasda birinci həftədə, birinci trimestrdə, ilk 3 aylıqda hormonal fonun dəyişməsi ilə qadının bədənində müxtəlif proseslər dəyişir. Bu proseslərin dəyişməsi qadının sağlamlığına, həyat tərzinə çox təsir edir. Bu dəyişikliklərdən biri də əhval-ruhiyyənin tez-tez dəyişməsidir. Bu hallarda qadınlar daha çox zəif ola bilərlər və depressiyaya daha tez tutula bilərlər. Əlbəttə ki, bu ciddi bir pozğunluq, ciddi bir xəstəlik deyil. Sadəcə ümumi vəziyyətlə bağlı, yəni hamiləliklə bağlı vəziyyətdir. Belə hallarda ciddi müalicələr aparılmır. Sadəcə belə hallarda hamilə qadına həm ailəsi, həm də həyat yoldaşı tərəfindən daha çox diqqət göstərmək lazımdır ki, bu depressiya halı aradan qaldırılsın. Depressiyanın dölə sırf təsiri yoxdur. Amma, qadının əhval-ruhiyyəsi pis olarsa, əlbəttə ki, həm ginekoloji tərəfdən, həm də hamiləlik tərəfdən bəzi problemlər yarana bilər. Hansı ki, bu problemlər sonra dölə təsir edə bilər. Ona görə də, ailə bacardığı qədər dəstək olmalıdır ki, daha sonra bu, fəsadlara gəlib çıxmasın. Hamilə qadınlarda daha çox depressiyaya səbəb odur ki, bəzi şeylərə həqiqi olmayan kimi yanaşırlar. Həyat yoldaşının ona diqqətini azaltması, körpəni sağlam şəkildə dünyaya gətirmək kimi düşüncələrdən yaranan stress, hamilə qadınların psixologiyasında depressiya ilə nəticələnir.
Bəzi hamilə qadınlarda isə depressiya doğumdan sonra baş verir. Bu hala daha tez-tez rast gəlinir. Doğumdan sonra depressiya ciddi hallara çevrilə bilər. Bu hala daha çox ilk körpə sahibi olan qadınlarda rast gəlinir. Təcrübəsizlik, nə edəcəyini bilməmək, davamlı ağlayan körpə və yuxusuzluq, yeni ana olan qadınların çoxunu böhrana qədər apara bilər.


Müəllif: Həkim mama-ginekoloq Nərminə Əsgərova
Müxbir: Aysu Gülməmmədli
Geri dön