Anacan.AZ > Uşaq hüquqları > Bütün uşaqlar müdafiə olunmaq hüququna malikdir

Bütün uşaqlar müdafiə olunmaq hüququna malikdir


14-12-2015, 19:18. Müəllif: simran Bütün uşaqlar müdafiə olunmaq hüququna malikdir. Onlar sağ qalmaq, təhlükəsiz olmaq, mənsub olmaq, rəylərinin dinlənilməsindən bəhrələnmək, adekvat qayğı ilə təmin olunmaq və qoruyucu mühitdə böyümək hüququna malikdirlər. Ailə uşağın ön xətt müdafiəsini təmin edir. Valideynlər və digər qayğı göstərənlər qoruyucu və sevgi dolu ev mühitinin təmin edilməsinə cavabdehdirlər. Məktəb və icmalar isə ev hüdudlarından kənarda təhlükəsiz və uşaq üçün adekvat mühit yaratmalıdırlar. Lakin milyonlarla uşaq tam adekvat qaydada müdafiə olunmur. Onların bir çoxu gündəlik əsasda zorakılıq, təhqir, etinasızlıq, istismar, təcrid və ya ayrı-seçkiliyə məruz qalırlar. Zorakılıq hallarına məruz qalan uşaqların faktiki sayını müəyyən etmək elə də asan məsələ deyil. Lakin müəyyən edilmişdir ki, 2002-ci ildə 18 yaşa çatmamış təxminən 150 milyon qız və 73 milyon oğlan cinsi əlaqəyə daxil olmağa məcbur edilmişdir. 5-14 yaşlı 150 milyon uşaq isə uşaq əməyinə cəlb edilmişdir. İldə təxminən 1.2 milyon uşaq insan alverinin qurbanı olur. 2005 və 2007-ci illər arasında tədqiqat ilə müəyyən olunmuş 37 ölkədə 2-14 yaşlı uşaqların 22% və 84 %-i evdə fiziki cəzalandırılmaya məruz qalmışdır. Göründüyü kimi, təqdim olunmuş statistik məlumatlar çox acınacaqlı vəziyyətdədir. Lakin bütün bu faizləri və sayları get-gedə azaltmaq da məhz biz insanların əlindədir. Gəlin, təkcə öz uşaqlarımızın deyil, cəmiyyətdəki bütün uşaqların hüquqlarını nəzərə alaq və bu cür hallara göz yummayaq !


Mənbə: Unicef Azərbaycan
Geri dön