Anacan.AZ > Uşaq hüquqları > Uşaq hüquqlarının qorunması

Uşaq hüquqlarının qorunması


4-12-2015, 19:35. Müəllif: simran İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Ümumiyyətlə, uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20-sində BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Konvensiyada hüquqlar müəyyən əlamətlərə görə şərti olaraq 4 qrupa bölünür :
I. Yaşamaq Hüququ. Buraya uşaqların yaşamaq hüququ, sığınacaq, qida və tibbi yardım almaq imkanları daxildir.
II. İnkişaf Hüququ. Bu bölməyə təhsil hüququ, asudə vaxt, oyunlar, mədəni fəaliyyət, informasiya almaq azadlığı, söz, vicdan və dini əqidə azadlığı aiddir.
III. Müdafiə Hüququ. Bu uşağın pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir.
IV. İştirak Hüququ. Fikri sərbəst ifadə etmək, öz həyatı barəsində rəy söyləmək, ictimai təşkilatlara qoşulmaq, dinc yığıncaqlar keçirmək kimi keyfiyyətlər buraya daxildir.

Müəllif: ADU-nun müəllimi, dosent, professor, Zema Mehrəliyeva
Uşaq hüquqlarının qorunması
Geri dön