Anacan.AZ > Problemlər > Hamiləlikdə Hipotiroid

Hamiləlikdə Hipotiroid


20-11-2015, 12:08. Müəllif: reyhane Hipotiroid- Qalxanabənzər vəzin az çalışması nəticəsində meydana çıxan, sonsuzluq səbəbləri arasında yer alan bir xəstəlikdir. Hipotiroidli bir qadın hamilə qalmışsa, öncədən tətbiq olunan tiroid hormon müalicəsi davam olunur. Müalicə olunmadığı halda ana və döl üzərində mənfi təsiri qaçılmazdır. Diaqnozda ən dəyərli test TSH ölçümüdür. Bütün hamilələrin hər trimesterində(hər 3ay tamamında) TSH ölçümü diaqnozun qoyulmasında, eləcə də ana və dölün sağlamlığına dəyə biləcək halların qarşısının alınmasında əvəzsizdir. Hamiləlik zamanı Hipotiroidit aşkarlanarsa hormon müalicəsinə başlanır. TSH və FT4 ilk timesterdə və bundan sonrakı ikinci və üçüncü trimestrlərdə ölçülməlidir. Hormon müalicəsi hipotiroidit səbəbindən ortaya çıxa biləcək riskli halları ən aza endirir. Aparılan araşdırmalar hamiləliyin 13-28 həftələri arasında müalicə görmüş qadınların və körpələrinin doğumdan sonra hər hansısa anormallıqla qarşılaşmadığını isbatlamışdır. Müalicə olunmadığı hallarda isə 10-20% anadangəlmə anormallıqlar, 20% mental pozğunluq, 50-60% isə mental və somatik inkişaf pozğunluqlarına rastlanmışdır.

Müəllif: Endokrinoloq Dr. Qasımova Günay
(+99455) 223 32 78 ; (+99451) 604 12 24
Geri dön