Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır...
Heydər Əliyev
Haqqımızda



"Anacan.az” ailə portalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin "Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində yaradılmışdır.

Layihənin başlıca məqsədi gələcək nəslin fiziki və mənəvi sağlam formalaşması üçün ailə quran cütlüklərin, valideyn olmağa hazırlaşanların və valideynlərin maariflənə biləcəyi milli ailə portalı yaradıb fəaliyyət göstərməklə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində "cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına töhfə verməkdir.

Portalda gənclərin ailə həyatına hazırlığı dövründən ailə quranadək, valideyn olmağa hazırlaşdığı dövrdən valideyn olanadək, övladlarının ilk günündən 18 yaşınadək olan dövrləri zamanı vacib və faydalı olan gündəlik olaraq zənginləşən tibbi, hüquqi və digər bütün məlumatlar, ekspert fikirləri və maariflədirici video roliklər ilə tanış ola biləcəksiniz.
Fərhad Abdulov
SƏDR
Tengiz Cəlilli
Sədr müavini
Reyhanə Ağayeva
İdarə heyətinin sədri
Səbinə Quliyeva
Şöbə müdiri
Simran
---
Tural Əliyev
Şöbə müdiri